Ermənilər Xankəndində etiraz aksiyası keçirib + VİDEO və FOTO

Bazar ertəsi 31 Oktyabr 2022 - 16:27
https://az.iswnews.com/?p=14804

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Musavata istinadən xəbər verir ki, Xankəndində yaşayan ermənilər Azərbaycanın tərkib hissəsinə çevrilməyə etiraz ediblər.

Xankəndində yaşayan ermənilər dünən 30 oktyabr tarixində de-fakto hökuməti olan “Artsax”ın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyanat qəbul ediblər.

Bəyanatda Rusiyadan “Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi” tələb olunub. Həmçinin bəyanatda Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub. Bəyanatda həmçinin Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi yer alıb. Mətndə vurğulanıb ki, “Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur”.

Qarabağdakı kütləvi tədbir Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bu günkü görüşündən bir gün öncə keçirilib.

Rusiya prezidenti Vladimir Putin ötən həftə Valday Forumundakı çıxışında demişdir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Onun sözlərinə görə, hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir.

Qarabağ münaqişəsinin artıq bitdiyini iddia edən Azərbaycan isə hələlik, Putinin son bəyanatına münasibət bildirməyib.

Ötən aylarda İlham Əliyev Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yolu olmadığını söyləmişdir. Bunun müqabilində Ermənistan rəhbərliyi Azərbaycanı Xankəndindəki de-fakto hökuməti ilə birbaşa danışıqlara çağırmışdır.

Bu minvalla Bakıdakı iqtidarın Qarabağla bağlı nailiyyətlərinin getdikcə şübhə altına alındığı üzə çıxır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Qarabağ münaqişəsinin bitdiyini və Bakının Ermənistanla münasibətlərin normallaşması üçün beş prinsip təklif etdiyini iddia edir. Digər bəyanatlarında o, Qarabağın Azərbaycan Respublikasına inteqrasiyasını bu problemin yeganə həlli hesab edib və Ermənistan hakimiyyətini bununla bağlı birbaşa danışıqlara dəvət edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sabah 1 noyabr tarixində siyasi və iqtisadi nümayəndə heyətinin başında İran rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün bu ölkənin paytaxtı Tehrana gedəcək.

Sözügedən aksiyadan görüntülər
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam