Yəməndə baş verən son hadisələr, 30 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəhm və Bəkil qəbilələri Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrində Əl-Covf əyalətində istefa vermiş hökumətin valisi Şeyx Əmin Əl-Əkiminin həbsinə etiraz olaraq nümayiş və hərbi təlim keçirib.
1- Şəbvə:
– Oktyabrın 25-də Şəbvə Müdafiə Qüvvələri Ətəq hava limanının səmasında naməlum dronu vurduğunu iddia etdi. Həmçinin Şəbvə Müdafiə Qüvvələrinin vura bilmədiyi Hərad bazasının səmasında daha bir dron müşahidə edilib. Bu qüvvələr təfərrüatları açıqlamadan dronları Türkiyənin Ədalət və İnkişaf Partiyasına aid hesab ediblər.
– Oktyabrın 27-də Əl-Səid rayonunda yerləşən Əl-Məsinə bölgəsində Hizam Əl-Əmni silahlılarının avtomobili yolundakı bombanın partlaması nəticəsində bu qrupun bir neçə üzvü həlak olub və yaralanıb. Ənsar Əş-Şəriə qruplaşması (İŞİD-in Yəməndəki müttəfiqi) bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
– Oktyabrın 29-da Şəbvə vilayətinin yataqlarında iki gün əvvəldən (oktyabrın 27-dən) Əl-Nəşimə limanı çənlərinin dolması, xarici gəmilərin neft daşıya bilməməsi və Ənsarullah təhdidlərinin olması səbəbindən neft ixracı prosesi dayandırılıb.
– Oktyabrın 29-da Əyaz bölgəsinin neft yataqlarındakı yerli mənbələr Əl-Cənnə və Əl-Əqlə neft yataqlarında fəaliyyət göstərən şirkətlərin Ənsarullahın təhdidləri səbəbindən yaxın iki həftə ərzində bu əraziləri tərk etməyi planlaşdırdıqlarını bildirdilər. Həmin şirkətlər istefa vermiş hökumətdən bu problemin həlli üçün ciddi həll yolları tapmağı tələb ediblər.
2- Həzərmut:
Oktyabrın 25-də naməlum dronların (çox güman ki, Ənsarullah) Əl-Mukəlla şəhəri üzərində uçuşundan sonra bu şəhərin elektrik enerjisi kəsilib və limanın fəaliyyəti dayandırılıb. Həmçinin Səudiyyə koalisiya qüvvələrinin dronları vurmaq cəhdi uğursuz olub.
3- Ədən:
Cənub Milli Keçid Şurasının rəhbəri Əhməd Bin Bərik cənub bölgələrinin Yəməndən ayrılmasını istəyib və deyib: “Ənsarullah dronları Ədən limanından gətirilən konteynerlər vasitəsilə Ənsarullahın nəzarətində olan bölgələrə daxil olur”. Cənub media mənbələri bu iddianı təkzib edib.
4- Əl-Hudəydə:
– Oktyabrın 25-də Səudiyyə koalisiyası iki dizel gəmisi, bir benzin gəmisi və bir qaz gəmisini Birləşmiş Millətlər Təşkilatından Əl-Hudəydə limanına daxil olmaq üçün icazə almalarına baxmayaraq, bir həftə saxladıqdan sonra, buraxıb.
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 123 dəfə pozub.
5- Mərib və Əl-Covf:
– Oktyabrın 28-də Əl-Covf vilayətinin şərqində yerləşən Əl-Rəyyan məntəqəsinin və Mərib vilayəti qəbilələri bir araya gələrək, istefa vermiş Əl-Covf hökumətinin valisi Şeyx Əmin Əl-Əkiminin azadlığa buraxılması üçün etiraz aksiyası keçiriblər.
– Oktyabrın 28-də Dəhm və Bəkil qəbilələri silahlıları Şeyx Əmin Əl-Əkiminin azad edilməsi tələbi ilə Əl-Covf əyalətinin Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrində İslah partiyasına dəstək üçün toplaşaraq hərbi təlim keçirdilər. Həmçinin, bu qəbilələr, İslah partiyası adından Sənaa vilayətindəki Xolan və Ərhəb qəbilələrindən dəstək istəyiblər. (Şeyx Əmin Əl-Əkimi haqqında ətraflı məlumat)
6- Ləhic:
Oktyabrın 30-da Ləhic əyalətinin Karş cəbhəsində Ənsarullah və Cənub Keçid Şurası silahlıları arasında baş verən toqquşma nəticəsində Şuranın cəbhə komandirlərindən Məhəmməd Suveyd Əl-Bəsusi də daxil olmaqla bir sıra Şura silahlıları öldürülüb və yaralanıb.
7- Əl-Bəyda:
Oktyabrın 30-da Əl-Bəyda əyalətinin cənub cəbhəsi səmasında Səudiyyə koalisiyasının kəşfiyyat dronu vurulub.
Rəy