Əl-Xəlil şəhərində anti-sionist əməliyyatı baş tutub+ FOTO

Bazar 30 Oktyabr 2022 - 17:44
https://az.iswnews.com/?p=14752

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir fələstinlinin Əl-Xəlil şəhərində keçirdiyi silahlı əməliyyat nəticəsində bir sionist həlak olub, beş nəfər yaralanıb.

Oktyabrın 29-da “Məhəmməd Kamil Əl-Cəəbəri” adlı fələstinli silahlı şəxs İordan çayının qərb sahilinin cənubunda, Əl-Xəlildə yerləşən Kiryat Ərbə qəsəbəsi yaxınlığında İsrail əsgərlərinə atəş açaraq, bir sionisti öldürüb, beş nəfəri yaralayıb. Bu atışma zamanı əməliyyatın icraçısı sionist əsgərlər tərəfindən şəhid edilib.

Bu əməliyyatdan sonra İsrail mediası təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək üçün sionist rejimin hərbi rəsmilərinin müharibə naziri, ordunun baş qərargah rəisi və Şabak rəhbərinin iştirakı ilə təhlükəsizlik iclasının keçirilməsini elan edib. Bu hadisədən sonra İsrail ordusu Əl-Xəlil və ətraf məntəqələrdə həyəcan siqnalı çalıb.

Xatırladaq ki, bu il oktyabrın 19-da Məaliyyə Edumim qəsəbəsinin girişində bir fələstinli iki İsrail təhlükəsizlik qüvvələrinə atəş açmış, bu zaman qüvvələrdən biri vurularaq ağır yaralanmışdır.

Daha çox oxuyun: İşğal olunmuş Qüdsdə əməliyyat; Bir Sionist yaralandı + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir