İŞİD Həzrət Şahçerağ (ə) hərəminə hücum edən terrorçunun görüntülərini yayımlayıb + VIDEO

Bazar 30 Oktyabr 2022 - 03:01
https://az.iswnews.com/?p=14739

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD qruplaşması Həzrət Əhməd bin Musa Kazım Şahçerağın (ə) müqəddəs hərəmindəki terror aktını törətdiyi iddiasının həqiqiliyini, bu terror aktını törədən Əbu Aişə Əl-Ömərinin şəklini və videosunu dərc etməklə təsdiqləyib.

Bu videoda Əl-Öməri İŞİD lideri nümayəndəsi və bu qruplaşma üzləri ilə beyət edir və bu terror qruplaşmasının diktə etdiyi mətni və şüarları təkrarlayır. Həmçinin İŞİD-in bu terror aktını törətmək iddiasının doğruluğunu təsdiqləyən onun üzünün şəkli də yayımlanıb.

Qeyd edək ki, 26 oktyabr tarixində bu terror aktı nəticəsində üçü uşaq və biri qadın olmaqla 15 mülki şəxs şəhid olub, 23-dən çox insan yaralanmışdır. Həmçinin, bu cinayəti törədən şəxs İran təhlükəsizlik qüvvələri ilə toqquşmada aldığı xəsarətlər səbəbindən həyatını itirmişdir.

Daha çox oxuyun: Şirazda Şahçerağ (ə) ziyarətgahına olan terror hücumunun təfərruatları + VİDEO və FOTO

Həzrət Şahçerağ (ə)-ın müqəddəs hərəmində törədilən terror aktını törədən Əbu Aişə Əl-Ömərinin İŞİD terror qruplaşmasının üzləri ilə beyət etməsinin videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  1. Müşfiq dedi ki:

    Adinnanda bilinir ki kökləri kimi özləridə rəzil, şərəfsiz, cəhhəm əhli dirlər.
    Allah işide yaradana dəstəy verənə lənət eləsin

ISWnews-də Reklam