Livan və İsrail dəniz sərhədinin müəyyənləşdirilməsinə dair saziş imzalayıblar

Şənbə 29 Oktyabr 2022 - 20:40
https://az.iswnews.com/?p=14722

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan və sionist rejimin yüksək vəzifəli şəxsləri tərəflər arasında dəniz sərhədinin müəyyənləşdirilməsinə dair sazişin imzalandığını elan ediblər.

Livan və İsrail rejimi, iki tərəfin yüksək səviyyəli rəsmilərinin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair sazişin mətni ilə razılaşdıqlarını elan etdikdən sonra tərəflərin nümayəndələri bu müqaviləni Birləşmiş Millətlər Təşkilatının Livanda yerləşən sülhməramlı qüvvələrinin Ən-Naqurada yerləşən bazasındakı (UNIFIL) iclasda iştirak edərək imzalayandan sonra Livan ilə İsrail rejimi arasında sərhədin çəkilməsi danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi Amos Hochstein-ə təhvil veriblər.

Livan ilə İsrail rejimi arasında diplomatik əlaqələrin olmaması səbəbindən bu müqavilənin imzalanması prosesi rəsmi mərasim keçirilmədən həyata keçirilib və nümayəndə heyətləri ABŞ və BMT nümayəndələrinin iştirakı ilə müxtəlif otaqlarda bu müqaviləni imzalayıblar. Bu görüş başa çatdıqdan sonra tərəflərin nümayəndə heyətləri Ən-Naquranı tərk ediblər.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah son çıxışında bu müqavilənin imzalanmasını Livan hökuməti, milləti və müqavimətinin böyük qələbəsi hesab edib.

Daha çox oxuyun:
Seyid Həsən Nəsrullah: İrandakı iğtişaşların lideri, qatilləri Şiraza göndərən şəxsdir / Cənin və Ərinul-Usud taborları işğalçılar üçün zəlzələdir
Livan İsrail rejimi ilə dəniz sərhədlərinin müəyyən edilməsi razılaşmasına razıdır

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam