Ermənistan KTMT-dan kömək istəyir

Cümə 28 Oktyabr 2022 - 17:38
https://az.iswnews.com/?p=14704

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan torpaqlarının Azərbaycan Respublikasının nəzarətindən geri alınması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəyib.

Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycanın sentyabrın 14-də və 15-də həyata keçirdiyi hücumları Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməsini və Ermənistanın nəzarətə götürülmüş ərazilərinin geri qaytarılması üçün həll yolunu təqdim etməyi xahiş edib.

Paşinyan bu mövqe ilə kifayətlənməyib və Soçidə Vladimir Putin və İlham Əliyevlə üçtərəfli görüşdən danışıb. O, gələn həftə (31 oktyabr) keçiriləcək görüşdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi imzalaya biləcəyinə ümid etdiyini bildirib.

Azərbaycan Respublikası Geğarkunik vilayətində Ermənistan ərazilərinin bir hissəsini nəzarətə götürdüyünü təsdiqləyib. Bakı rəsmiləri hərbi əməliyyatların səbəbi kimi sərhədlərin qeyri-müəyyənliyini və suverenlik cəhdlərini göstərirlər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, üzv olan hər bir ölkə, birinin ərazi bütövlüyünə təhlükə qarşısında müdafiə etməyə borcludurlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Mərkəzi Asiya və Qafqaz regionunda döyüş və çoxməqsədli təşkilatlardan biridir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının siyasi, iqtisadi və hərbi qüdrəti azaldı. Rusiya potensialını artırmaq və keçmiş üzv dövlətləri bir yerdə saxlamaq məqsədi ilə belə bir təşkilat yaratdı.

Bu müqavilənin əsas üzvü və keçmiş Sovet İttifaqının nüvə silahının sahibi olan Rusiya Federasiyası indiyədək Azərbaycanın Ermənistan torpaqlarını nəzarətə götürməsini sərhəd münaqişəsi kimi qiymətləndirib.

İkinci Qarabağ müharibəsində bu təşkilat rəsmi olaraq iştirak edən ölkələrə münasibət bildirmədi. Kollektiv Müdafiə Müqaviləsi Təşkilatına (KTMT) Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan əsas üzvlər, Serbiya və Əfqanıstan isə müşahidəçi üzv ölkələrdir. Ötən illərdə Gürcüstan, Azərbaycan və Özbəkistan ölkələri mövqelərindəki ixtilaflara görə bu təşkilatdan çıxıblar.

Ermənistanın baş nazirinin Qarabağ məsələsi ilə bağlı mövqelərinə gəlincə, çoxlu tənqidlər var. Nikol Paşinyan hələ də Azərbaycan prezidenti ilə bağlı konkret və ya qəti mövqe nümayiş etdirmir. Paşinyan bir tərəfdən rəqiblərinin təzyiqlərini azaltmaq üçün baş verənləri işğal adlandırır, digər tərəfdən isə, Əliyevlə razılaşaraq, bu hakimiyyətin şərtlərini qəbul etmək istəyir.

Daha çox oxuyun:
Ermənistan torpaqlarının bir hissəsi Azərbaycan Respublikası tərəfindən zəbt olunma ehtimalı
Qərb Azərbaycanla Ermənistan arasındakı danışıqları ələ alıb

Foto: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalanmasının 30 illiyi və KTMT-nin yaradılmasının 20 illiyi ilə bağlı Kremldə, Moskvada – 16 may

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir