Seyid Həsən Nəsrullah: İrandakı iğtişaşların lideri, qatilləri Şiraza göndərən şəxsdir / Cənin və Ərinul-Usud taborları işğalçılar üçün zəlzələdir

Cümə 28 Oktyabr 2022 - 17:11
https://az.iswnews.com/?p=14700

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Əl-Aləmə istinadən xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın çıxışı dünən cümə axşamı, “Mənim torpağım” sərgisinin açılışı ilə eyni vaxtda başlayıb.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Şahçerağdakı terror hadisəsinə toxunaraq dedi: Biz İslam İnqilabının Rəhbərinə, İran hökumətinə və xalqına, şəhidlərin ailələrinə Şirazda baş verən faciə ilə bağlı başsağlığı veririk.

O əlavə etdi: İran xalqına deyirəm ki, İrandakı iğtişaşlara rəhbərlik edən şəxs qatilləri Şiraza göndərən şəxsdir.

Amerikanın İŞİD liderləri və ünsürlərinin Əfqanıstana köçürülməsində məsul olması

Seyid Həsən Nəsrullah vurğulayıb ki, Amerika hökumətləri İŞİD və digər təkfirçi qrupların rəhbərləri və ünsürlərinin Əfqanıstana köçürülməsi üçün zəmin yaratdılar. Bu gün İŞİD-in vəzifəsi Amerikaya xidmət etməkdir; Bu terror qruplaşması Əfqanıstan xalqını, İranı və qonşu ölkələri hədəf almaq üçün Əfqanıstandadır.

Livan Hizbullahının baş katibi müqavimət komandirlərinin mücahidlərinə toxunaraq deyib ki, əgər Hacı Qasım Süleymani, Hacı Əbu Mehdi Əl-Mühəndis və Seyid Bədruddinin mübarizəsi və cihadı olmasaydı, Şirazda baş verənlər hər gün İranda və bütün regionda baş verəcəkdi.

O dedi: Şirazda baş verən hücum çox qəddar və ağrılı idi və İran xalqı təhlükəli bir sui-qəsdlə üz-üzədir.

Sərhəd təyini iddiası ilə əlaqədar müqavimət vəzifəsinin sona çatması

Seyid Həsən Nəsrullah dəniz sərhədlərinin müəyyənləşdirilməsi razılaşmasına toxunaraq çıxışını davam etdirərək deyib: Bu gün İsraillə dəniz sərhədinin müəyyənləşdirilməsi sazişinin imzalanması ilə biz bu mərhələni tamamladıq. Hizbullah bu gün dəniz sərhədinin müəyyənləşdirilməsi razılaşmasında baş verənləri Livan xalqı və müqaviməti üçün böyük bir qələbə hesab edir.

O, sionist düşmənin dəniz sərhədlərinin müəyyən edilməsi məsələsində heç bir təhlükəsizlik zəmanəti almadığını işarə edərək, Livan hökumətini sərhəd razılaşmasına görə normallaşmaqda ittiham edən hər kəsin bu ittihamın əsassız olduğunu və bütün danışıqların dolayısı yolu ilə, yerdə Livan və İsrail nümayəndə heyətləri görüşmədiyi və tərəflərin hər biri ayrı-ayrılıqda sənəd imzaladığını bildirib.

Seyid Həsən Nəsrullah qeyd etdi: Sərhədin delimitasiyası məsələsi ilə bağlı müqavimət vəzifəsi sona çatdı və bu gün əvvəllər görülən bütün tədbirlərin sona çatdığını bəyan edirəm.

İordan çayının qərb sahilinin igidləri həftələrdir ki, sionist rejimini sarsıdıblar

Livan Hizbullahının baş katibi bu çıxışının davamında Fələstindəki hadisələrə toxunaraq deyib: İordan çayının qərb sahilinin igidləri həftələrdir sionist rejimini sarsıdıblar; Onların sayının və imkanlarının az olmasına baxmayaraq; ruhları böyükdür.

Seyid Həsən Nəsrullah qeyd edib: İordan çayının qərb sahili, Qüds, Nablus, Cənin və Şufatdakı müqavimət döyüşçülərinə, eləcə də Ərinul-Usud və Cənin taborlarına, Fələstindəki və xaricdə olan bütün qardaşlarımıza salamlarımızı göndəririk. Gənclərin cəsarətinin, gücünün və sayıqlığının təcəssümü olmuş dəyərli Fələstin şəhidi olan Udey Ət-Təmiminin ruhuna salamlarımızı göndəririk.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam