Bayden hökuməti nə üçün Amerikanın müxtəlif düşmənlərini birləşdirir?

 Fareed Zakaria
Yazar: Fareed Zakaria
Bazar, 20 Fevral 2022 - 23:23
https://az.iswnews.com/?p=1470

Amerikalı siyasi analitik Fareed Zakaria “The Washington Post” saytında: Biz Rusiya və Çinin birləşməsinə kömək etməməliyik. Buşun İraq, Şimali Koreya və İranı “Şər Cəbhəsi” adlandırmasının əvəzini hələ də ödəyirik.

Bayden administrasiyası Ukrayna böhranını ağıllı və effektiv şəkildə idarə edib və elə bir siyasət icra edir ki, onu “Diplomatiya İlə Birgə Çəkindirmə” adlandırmaq olar. Bayden administrasiyası Rusiya hücumunun nəticələri ilə bağlı etibarlı təhdidlər sadaladı və Avropalı müttəfiqlərini heyrətamiz şəkildə birləşdirdi.
Bayden Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı Rusiyaya vədlər və ya güzəştlərdən imtina etsə də, o, Rusiya ilə silahlara nəzarətdən tutmuş raketlərin yerləşdirilməsinə qədər demək olar ki, hər şeyin müzakirə oluna biləcəyini təklif edib.

Bununla belə, bu böhran ABŞ-ın hazırkı administrasiyasından kənara çıxan daha böyük bir strateji uğursuzluğu təcrübə etməyə məcbur etdi. Strategiya ilə qabağa getməyin əsas qaydalarından biri düşmənlər arasında parçalanma yaratmaqdır. Buna baxmayaraq, ABŞ-ın xarici siyasəti getdikcə əksinə olur. Bu ayın əvvəlində Rusiya və Çin 5000 sözdən ibarət olan “Məhdud Olmayan Dostluq” sənədə imza atdılar. Adları çəkilən İki qüdrətli ölkə son 50 ildə həmişəkindən daha yaxın görünürlər.

Mahiyyətcə tənəzzülə uğrayan Rusiya üçün Çinin dəstəyi ilahi bir hədiyyə idi. Rusiyaya qarşı sərt sanksiyaların belə nəticə verməməsinin əsas səbəbi dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin kömək edə bilməsidir.

Rusiya bu yaxınlarda Çinə daha çox neft və qaz satmaq üçün yeni müqavilələr imzaladı və buna əsasən artıq Pekin Rusiyadan daha çox enerji və digər neft məhsulları ala bilər. Çin həmçinin Moskvaya ABŞ-ın maliyyə məhdudiyyətlərindən yan keçmək üçün müxtəlif Çin mexanizm və iqtisadi şirkətlərindən istifadə etməyə icazə verə bilər.
Kremlin müşaviri Sergey Karaqanov haqlı olaraq “Çin bizim strateji müttəfiqimizdir” dedi. O həmçinin bildirdi ki, “Biz bilirik ki, istənilən çətin vəziyyətdə hərbi, siyasi və iqtisadi dəstəyə arxalana bilərik”.

İki avtoritar rejimin birləşməsinin təbii olduğunu iddia edənlər üçün deməlik ki, xeyir, bu həmişə belə olmayıb. 2014-cü ildə Çin açıq şəkildə Rusiyanın Ukraynaya hücumunu dəstəkləməkdən imtina etdi və Krımın Rusiya Federasiyasına qoşulmasını hələ də təsdiqləməyib. Eynilə Pekin Rusiyanın Gürcüstana müdaxiləsini dəstəkləməyib və bu ölkənin ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini bəyan edib.

Çin və Rusiya hər ikisi Qərbin düşmənləridir, lakin çox fərqlidirlər. İkisini bir araya gətirmək və iki ölkəni bərabər görmək bu günlərdə Vaşinqtonda ideologiyanın strategiyaya hakim olduğuna işarədir.
Vladimir Putinin Rusiyası geosiyasi arenada təxribatçıdır. O, iki qonşu ölkəni, Gürcüstan və Ukraynanı işğal edib və bu iki ölkədəki əraziləri işğal edib ki, bu, İkinci Dünya Müharibəsindən sonra Avropada demək olar ki, görünməmiş bir hadisədir. Məlumata görə, Rusiya kibermüharibədən ABŞ da daxil olmaqla ondan çox demokratik ölkələrə hücum etmək və onları sarsıtmaq üçün istifadə edib. Suriyadakı Bəşər Əsəd kimi müttəfiqlərini güc tətbiq etməklə dəstək verib. Putin öz daxili rəqiblərini hətta Almaniya və İngiltərə kimi ölkələrdə yaşadıqları zaman da öldürüb. Neft və qazın qiymətini qaldıra bildiyi üçün əslində kirayəçi dövlət kimi qeyri-sabitlikdən faydalanır.

Çin (indiyə qədər) fərqli bir yanaşma nümayiş etdirib. İqtisadi güc əldə etməklə daha böyük nüfuza sahib olmaq istəyir. Bəzi ölkələrə qarşı siyasətində aqressiv olub, lakin əsas iqtisadi oyunçu kimi dünyada sabitliyi qorumaq istədiyini etibarlı şəkildə iddia edə bilər.
Robert Manning 2020-ci ildə Foreign Policy saytında qeyd etdiyi kimi: “Pekin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və BMT-nin digər agentliklərini əvəz etməyə çalışmır, əksinə bu qurumlarda daha təsirli rol oynamağa çalışır”.

Keçmişdə Pekin Liviya, İran və Şimali Koreya kimi üsyançı rejimlərə qarşı sanksiyaların lehinə səs verərək dəstəkləməsinə baxmayaraq, onun bu əməkdaşlıq ruhu xüsusilə son aylarda zəifləyib. O, BMT Təhlükəsizlik Şurasında veto hüququndan Rusiya və ya ABŞ-dan qat-qat az istifadə edib.

Çin ABŞ-a həyati problem yaradır, lakin onunla mübarizə aparmaq üçün etməli olduğumuz şeylərin çoxu daxili siyasətdir və biz ABŞ-ın yeniliklərini və rəqabətini artıran qanunlar qəbul etməliyik.

XIX əsrdə Avropada ən böyük dövlət xadimi olan almaniyalı Otto fon Bismark həmişə düşmənlərinin hər biri ilə bir-birindən daha yaxşı strategiya qurmağa çalışıb. Bu strategiya 1972-ci ildə Riçard Nikson və Henri Kissincerin Çini Sovet İttifaqından uzaqlaşdırdıqdan sonra bir neçə on illlər ərzində ABŞ-ın xarici siyasətinə hakim olub və ABŞ, Rusiya və Çininin bir-birindən daha çox Rusiya və Çinə yaxınlaşıb.

Lakin bu gün vəziyyət əvvəlki kimi deyil. Bayden hökuməti keçən il eyni addımı atdı. Amma onun Rusiya ilə Çini ayıra biləcəyini düşünməsi sadəlövh bir anlaşılmazlıq idi. Bunun göstəricisi, Putinin bu böhrana reaksiyasıdır. Ola bilsin ki, bizə lazım olan Kissincerin strategiyasının dəyişməsi deyil, sadəcə Kissincerin Çinlə daha yaxşı işgüzar əlaqələr qurmaq cəhdinin davamı idi.

Soyuq Müharibənin başlanğıcında, ideologiyanın strategiyaya hakim olduğu vaxt Vaşinqton bütün kommunist ölkələrini bir araya gətirdi. ABŞ üçün (Vyetnam müharibəsi zamanı daxil olmaqla) Moskva və Pekinə fərqli yanaşmalı olduğumuzu öyrənməsi 25 il çəkdi.

Terrorla müharibənin əvvəlində Corc Buş administrasiyası İraq, İran və Şimali Koreyanın “Şər Cəbhəsi” təşkil etdiyini bəyan etdi və biz hələ də bunun əvəzini ödəyirik. Ümid edək ki, bu dəfə düşmənlərimizi birləşdirməyə kömək etməməli olduğumuzu başa düşmək üçün uzun və bahalı macəraya dözmək məcburiyyətində qalmayacağıq.

Mənbə: The Washington Post

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.