Qafqazın İranla cənub sərhədlərinin qaynar həftəsi

Cümə axşamı 27 Oktyabr 2022 - 23:10
https://az.iswnews.com/?p=14689

İran və Azərbaycan Respublikasının dəniz sərhədində SEPAH sürətli qayıqlarının gücünü nümayiş etdirməkdən tutmuş, Bakı hökumətinin Pakistanın nöqtə vuran raketlərini almasına qədər!

İran və Azərbaycan sərhədlərində gərginlik

İranın Azərbaycan Respublikası sərhədlərində yerləşən silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. İran daxilindəki məlumatlı mənbələrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bir sıra sürətli katerləri çərşənbə günü, 26 oktyabrda Gilan vilayətinin Astara şəhəri yaxınlığında İran və Azərbaycanın dəniz sərhədlərinə doğru hərəkət ediblər. Balıqçılardan bu ərazidə qayıqlarla hərəkət etmələrindən çəkinmələri tələb olunub.

Həmçinin Araz çayının sərhədində İranın sərhəd qoşunları hazır vəziyyətdədir. Qeyd edək ki, sentyabrın son günlərində Araz sərhədində İran İslam Respublikasının Sərhəd Mühafizəsi tərəfindən silah və partlayıcı maddə yükü ələ keçirilmişdir.

Pakistan raketlərinin Azərbaycan Respublikasında yerləşdirilməsi

Məlumatlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusu Pakistandan nöqtə vuran ballistik raketlər alıb. Həmin mənbələr həmin silahların tədarük mənbəyi ilə bağlı əlavə ediblər: “Bu raketlər yük təyyarələri ilə Bakı yaxınlığındakı hərbi hava limanına aparılıb. Bu raketlərin çatdırılma üsulu, sayı və müqavilə məbləği hələ müəyyən edilməyib”.

Arazın şimalında və Qarabağ bölgəsində təkfirçilərin yenidən peyda olması

Məlumatlı mənbələr Qarabağ bölgəsinin cənubunda bu ölkənin hərbi geyimində çoxlu sayda qeyri-azərbaycan vətəndaşının olduğunu bildirir. Bu şəxslərin zahiri görünüşü göstərir ki, onlar təzəlikcə saqqallarını qırxıblar və şiə hərbi qüvvələrinə nifrət edirlər. Bu şəxslər azəricə danışa bilmirlər, bu ölkə ordusunun yüksək rütbəli zabitlərinin əmrinə tabe olmamaqla yanaşı, onlarla yaxşı rəftar etmirlər. Bəzi fərziyyələrə görə, bu muzdlular sələfi təkfirçi və Pakistan vətəndaşlarıdır.

Azərbaycan medialarının İrana hücumu

Azərbaycan Respublikasının mediaları İrana qarşı nifrət yaymaqda, İrana qarşı aqressiv və qeyri-ənənəvi mövqe tutmaqda davam edir. Lakin bu ölkənin rəsmiləri hələlik bununla bağlı konkret mövqe nümayiş etdirməyib. Bu ölkədə hər gün İran əleyhinə xəbər və təbliğatla yanaşı, Az TV kanalının bazar günü axşamkı proqramında İranla bağlı fikirlər də yer alıb.

Tehran rəsmilərinin Ermənistanın ərazi bütövlüyü və Azərbaycan tərəfinin Ermənistan ərazisinə təcavüz niyyəti barəsindəki fikirlər, İranın Ermənistan ərazisində Zəngəzur dəhlizinə qarşı çıxması, SEPAH-ın Arazın cənubunda hərbi təlim keçirməsi, İranın 30 milyon azərbaycanlı vətəndaşının Azərbaycan Respublikası hökumətinə böyük dəstəyi iddiası, Rəcəb Tayyib Ərdoğanın Araz çayı barəsində separatçı şeirinin yenidən yayımlanması, Güney Azərbaycan sözünün tez-tez işlədilməsi, İran İslam Respublikasının Qarabağın Ermənistan tərəfindən işğalı və dağıdılmasında şəriklik iddiası, İranda son bir ayda baş verən hadisələr, sosial şəbəkələrə girişin kəsilməsi və internet filtrasiyası bu proqramda deyilən mövzulardan olub.

Böhrana çevrilmiş Xudafərin körpüsü

Araz çayı üzərindəki Xudafərin körpüsü hələ də Azərbaycan Respublikasının İrana qarşı aktual mövzularından biri və təbliğat vasitəsidir. Bu ölkənin mediaları hökumətə bağlı müxtəlif incə-sənət adamlarının, akademik və siyasi şəxsiyyətlərin iştirakı ilə onu anti-İran simvoluna çevirib. Bu körpü sonuncu dəfə 1994-cü ildə birinci Qarabağ müharibəsi zamanı və Azərbaycan xalqının və əsgərlərinin Zəngilandan İran daxilinə çıxarılması zamanı istifadə olunub. Qoşa Xudafərin körpüləri Səfəvilər və Qacarlar dövründə tikilmiş Araz su bəndinin aşağı hissəsində yerləşirlər və onun Qacar ​​körpüsü olan hissəsi hələ də sağlamdır. Azərbaycan tərəfi Təhmasbəyli Mirzə (Nadirşah) Əfşarın Qafqazın əyalət və vilayətlərində üsyanların qanlı yatırılmasını özü ilə əlaqələndirir.

Fransa və Amerikaya media hücumları

Azərbaycan mediaları Fransa və Amerika hakimiyyətinin Ermənistana dəstəyini pisləyib və bunu iki ölkə münasibətlərində ədalətsizlik kimi qiymətləndiriblər.

İran və Ermənistan arasında əlaqələrin güclənməsi

Cümə günü Ermənistanın Qafan şəhərində iki ölkənin xarici işlər nazirləri Hüseyn Əmirabdullahiyan və Ararat Mirzoyanın iştirakı ilə İran İslam Respublikasının Baş Konsulluğu açılıb. Bu açılışdan sonra İran İslam Respublikasının xarici işlər naziri İrəvana gedib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.

Hüseyn Əmirabdullahiyanın İrəvanın Göy məscidində və İran Mədəniyyət Mərkəzində olması Azərbaycan hakimiyyətinin kəskin reaksiyasına səbəb olub. Onlar hesab edirlər ki, bu məscid erməni azərilərinə (Yeraz) məxsusdur və İran səfirliyi tərəfindən idarə edilməməlidir. Bir müddət əvvəl Azərbaycan parlamentinin iki üzvü İrəvana səfər edərkən ilk dəfə orada olmaqlarını İran və Ermənistan tərəflərinə bir növ acıq vermək üçün bu məscidə getmişdirlər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam