İsrail aviasiyası Suriya ordusunun Dəməşqdəki mövqelərinə hücum edib

Cümə axşamı 27 Oktyabr 2022 - 18:51
https://az.iswnews.com/?p=14669

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist ordusu bu gün səhər saatlarında Suriya ordusunun Dəməşq şəhəri və ətrafdakı mövqelərinə hava hücumu edib.

Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu gün səhər saat 00:30-da İsrail ordusunun hava təchizatları işğal olunmuş Fələstin əraziləri tərəfindən Dəməşq şəhəri ətrafındakı ərazilərə hava hücumu həyata keçirib. Suriya ordusunun müdafiə sistemləri bu hücuma qarşı çıxıb və Dəməşq səmasına atılan bir sıra raketləri vurmağa nail olub. Bu hücum heç bir itki vermədi və yalnız maddi ziyanla nəticələndi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir