Şirazda Şahçerağ (ə) ziyarətgahına olan terror hücumunun təfərruatları + VİDEO və FOTO

Cümə axşamı 27 Oktyabr 2022 - 15:25
https://az.iswnews.com/?p=14638

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının agenti və ya agentlərinin Şiraz şəhərində Həzrət Əhməd bin Musa Kazım Şahçerağ (ə) hərəminə hücumu nəticəsində 33-dən çox insan şəhid oldu və yaralandı.

İranın Fars əyalətinin rəsmilərinin verdiyi məlumata görə, dünən 26 oktyabr tarixində yerli vaxtla saat 17:42-də 3 naməlum silahlı şəxs Şiraz şəhərində Həzrət Əhməd bin Musa Kazım Şahçerağın (ə) müqəddəs hərəminə daxil olaraq hərəmin xadimləri və mülki zəvvarlara atəş açıb. İranın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Müctəba Xalidinin sözlərinə görə, bu terror aktı nəticəsində 13 nəfər şəhid olub, biri qadın və üçü uşaq olmaqla 23 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, oktyabrın 27-i səhər saatlarında bu iki nəfərin şəhid olması ilə şəhidlərin sayının 15-ə yüksəldiyi də bildirilib.

Fars əyaləti rəsmilərinin bəyanatlarının əksinə olaraq, həmçinin İŞİD terror qruplaşmasının bəyanatına əsasən, bu hücum Əhvazda 2018-ci il sentyabrın 22-də İran silahlı qüvvələrin paradında terror aktında iştirak etmiş silahlı şəxs tərəfindən həyata keçirilib. Rəsmi şəxslərin verdiyi hesabata görə, bu şəxs təkfirçi və İranda yaşayan xarici ölkə vətəndaşı olub və təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra müalicə olunmaq üçün Şiraz xəstəxanalarından birinə köçürülüb.

İŞİD terror qruplaşması Şirazda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı bəyanat yayıb
Video: Terrorçunun Şahçerağ ziyarətgahının girişindən içəri girdiyi an
Video: Terrorçunun ziyarətgaha daxil olması və zəvvarlara atəş açması anı
İmam Xameneinin hadisə ilə bağlı bəyanatı
Putinin hadisə ilə bağlı verdiyi başsağlığı
İran İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı Sərdar Səlaminin hadisə ilə bağlı bəyanatı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı başsağlığı
Azərbaycan İslam Müqaviməti Hərəkatı Hüseyniyyunun hadisə ilə bağlı bəyanatı
Şeyx Qeys Əl-Xəzəli, Əsaib Əhlil Həqqin baş katibinin hadisə ilə bağlı bəyanatı
Məhəmməd Əli Əl-Husi, Yəmənin Ali Siyasi Şurasının üzvünün hadisə ilə bağlı başsağlığı

Şiraz xəstəxanalarının tibb işçilərinin səylərinə baxmayaraq, Şirazda Həzrət Əhməd bin Musa Kazım Şahçerağın (ə) müqəddəs hərəmində terror aktını törədən şəxs təhlükəsizlik qüvvələri ilə toqquşmada aldığı xəsarətlər səbəbindən öldü.

Bəzi KİV-lərin müxtəlif iddialarının əksinə olaraq, bu şəxsin kimliyi hələ də müəyyən edilməyib.

Şirazdakı məlum hadisəni törədən terrorçu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam