Fələstində baş verən son hadisələr, 26 Oktyabr 2022

Çərşənbə 26 Oktyabr 2022 - 23:48
https://az.iswnews.com/?p=14633

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin İordan çayının qərb sahilində təhlükəsizlik əməliyyatlarının davamında, son 24 saatda bu rejim əsgərləri 18 fələstinlini, o cümlədən şəhid İbrahim Nablusinin qardaşı Məhəmməd Nablusi və İordan çayının qərb sahilindəki müqavimət qüvvələrinin digər iki üzvünü həbs ediblər.

– Oktyabrın 25-də İsrail rejiminin Ramallahın Saleh Nəbi (s.ə.s.) kəndinə hücumu nəticəsində “Qusey Ət-Təmimi” adlı fələstinli gənc şəhid olub.
– Oktyabrın 25-də Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi açıqlamaya görə, Beytləhmdə yerləşən Aida düşərgəsində fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurma nəticəsində 16 fələstinli yaralanıb.
– Oktyabrın 25-də xeyli sayda İsrail əsgəri Nablus şəhərinə hücum etdi, nəticədə bu şəhərdə şiddətli silahlı qarşıdurma baş verdi. Bu qarşıdurma nəticəsində “Ərinul-Usud” müqavimət dəstəsinin komandirlərindən və qurucularından biri olan Vədi Əl-Huh dörd fələstinli ilə birlikdə şəhid olub, Fələstin Milli İdarəsinin bir neçə təhlükəsizlik qüvvələri də daxil olmaqla 22 nəfər, yaralanmışlar.

Daha çox oxuyun: İsrail əsgərləri Nablusa kütləvi hücum ediblər + VİDEO və FOTO

– Oktyabrın 25-də Qəzza zolağındakı Fələstin müqavimət dəstələri İsrail hərbçilərinin təcavüz və cinayətlərinin genişlənməsinin kölgəsində İordan çayının qərb sahili sakinlərinə dəstək olma yollarını araşdırmaq üçün birgə müqavimət otağının təcili iclasını tələb ediblər.
– Sionist rejimin ordusu və polisi İsrail rejiminin bu şəhərdəki son cinayətlərinə “Ərinul-Usud” müqavimət dəstəsinin cavab əməliyyatlarından qorxaraq, tam döyüş hazırlığındadır.
– İsrail rejimi ordusunun açıqlamasına görə, bu rejim əsgərləri son 24 saat ərzində keçirdikləri əməliyyat zamanı şəhid İbrahim Nablusinin qardaşı Məhəmməd Nablusi və müqavimət qüvvələrinin daha iki üzvü də daxil olmaqla 18 fələstinlini həbs edib. Bu əməliyyatda bəzi silah və sursatlar da aşkar edilərək müsadirə edilib.

– Oktyabrın 25-də Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi açıqlamaya görə, Ramallahın şimalında Attara körpüsü yaxınlığında fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurma nəticəsində 7 fələstinli yaralanıb.
– İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist işğalçıların İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücumunu qınayıb.
– Oktyabrın 26-da İbrani mediası İordan çayının qərb sahilindəki Nablus şəhərində İsrailə məxsus dronun qəzaya uğraması barədə məlumat yayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir