Mirşahin Ağayev dini müqəddəsləri təhqir etdi + VİDEO

Cümə 28 Oktyabr 2022 - 16:38
https://az.iswnews.com/?p=14624

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 23 oktyabr tarixində Real TV-nin baş direktoru Mirşahin Ağayev çıxışı zamanı dini müqəddəsləri təhqir edib.

O, YAP hakimiyyətinə yaxınlığı ilə tanınır. Real TV televiziya kanalı illərdir ki, Əliyev hakimiyyətinin təbliğat, təşviqat propaqandasını aparır. Son hadisələrin fonunda, digər bütün dövlət və özəl telekanallar kimi, Real TV-də İslam və İran əleyhinə təbliğatlara qoşulub.

Son zamanlarda baş verən hadisələrdən anlayışı olan hər kəs, bu addımın bir başa hakimiyyət tərəfindən atıldığını bilir. Azərbaycanın Zəngəzur xülyasına düşdüyü bir dönəmdə, hakimiyyətin bu addımının səbəblərini bir neçə bənddə izah etmək istərdik:

1- Ehtimal edilən Azərbaycan-İran müharibəsi öncəsi, dindar camiyənin müqavimətinin yoxlanılması

Şübhəsiz ki, hakimiyyət, qeyri müəyyən intervallarla cəmiyyəti imtahan edir. Səbəb isə, ölkədə apardığı anti-şiə təbliğatının, həmçinin bunun müqabilində müqavimət cəbhəsinin (onların prizmasında düşmən) göstərdiyi fəaliyyətin nə dərəcədə effektiv olmasını yoxlayır. Əgər dindar cəmiyyət bu hadisəyə dinin tələb etdiyi formada cavab verərsə, hakimiyyət bu taktikanı dəyişib “B” planına keçəcək. Əgər dindar cəmiyyət müqəddəslərin təhqirinə sükut ilə yanaşarsa, deməli ehtimal edilən İranla müharibə zamanı dindar camiyə güclü amil kimi nəzərə alınmayacaq. Həmçinin hakimiyyət bundan sonra, xalqa hücumlarında heç bir hüdud və sərhəd tanımayacaq.

2- Dindar fəalların buna cavab verəcəyi təqdirdə onların təmizlənməsi

Etdiyimiz bu ehtimal onsuzda Azərbaycanda daim həyata keçirilir. Dəfələrlə müşahidə etmişik ki, Azərbaycanda dindarların həbs olunması, bir başa hakimiyyətin istəyindən asılıdır. Belə ki, 2009-cu ildən etibarən, Azərbaycanda dindarların həbsi ənənəvi hala çevrilib. Buna əsasən deyə bilərik ki, müqəddəslərin təhqir olunmasına cavab verilməzsə, onsuz da represiyalar əvvəlki sürəti ilə davam edəcək.

Göründüyü kimi birinci ehtimal reallığı əks etdirir. YAP rejimi bilmək istəyir ki, İranla müharibə vəziyyətində, xalqın neçə faizi hakimiyyətə sədaqətini göstərəcək?

Hakimiyyət, əzəldən Əhlibeyt sevgisi ilə yaşayan Bakı və ətraf kəndlərinin, İmam Hüseyn (ə) diyarı olan Gəncə və Talış bölgəsinin əhalisinin reaksiyasından nigarandır. Bununla paralel olaraq, YAP rejiminin daha bir nigarançılığı illərdir sərvətlərini çapıb talan etdiyi, infilyasiyadan əziyyət çəkən xalqın, bu müharibəyə hansı reaksiyanı göstərəcəyindəndir. Buna əsasən deyə bilərik ki, bu cür həssas dönəmdə dövlətin belə oyun oynaması, onun üçün hava və su qədər önəmlidir.

Tarixdə Əhlibeyti təhqir edən şəxslər şiə alimləri tərəfindən ağır cəzalandırılıblar. Əhlibeyt həmişə müsəlmanların qırmızı xətti olub. İmam Hüseyn (ə) eşqi ilə ürəkləri döyünən Azərbaycan xalqının hər iki təhlilə əsasən, bu hadisə önündə vəzifəsi bəllidir. Bu, qeyrət və namus, bəlkə ondan da daha önəmli məsələdir. Hər bir kəs bacardığı formada bu məsələyə cavab verməlidir. Bu təhqir önündə susmaq zəmanə İmamına xəyanətdir. Allahın qeyrətinə görə səsini çıxarmayan şəxsin, artıq şəxsi qeyrəti təhlükə altındadır.

Qeyd edək ki, Azərbaycan müqavimət mediası üç günlük səbrdən və digər mediaların bu məsələyə reaksiya verməmələrindən sonra, özünə borc bilib bu məsələni ictimailəşdirdi.

Təhqir videosu (1)
Təhqir videosu (2)
Təhqir videosu (3)
Təhqir videosu (4)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir