İsrail əsgərləri Nablusa kütləvi hücum ediblər + VİDEO və FOTO

Çərşənbə axşamı 25 Oktyabr 2022 - 21:45
https://az.iswnews.com/?p=14596

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücumu nəticəsində 5 fələstinli şəhid olub, ən azı 22 nəfər yaralanıb.

Bu gün oktyabrın 25-də səhər saatlarında xeyli sayda İsrail əsgəri Nablus şəhərinə hücum edib, nəticədə bu şəhərdə şiddətli silahlı qarşıdurma baş verib. Bu qarşıdurma zamanı İsrail ordusunun xüsusi təyinatlıları “Ərinul-Usud” müqavimət dəstəsi komandirlərindən birinin evini mühasirəyə alaraq raketlə hədəfə alıblar. Həmçinin, İsrail dronları Nablus şəhərinin Rəəs Əl-Eyn məhəlləsində bir avtomobili hədəfə alıb, hələlik bu hücumda itkilər barədə məlumat yoxdur.

İbrani mediaları bu münaqişəyə toxunaraq, “İsrail ordusunun Nablusda keçirdiyi hərbi əməliyyatın “Ərinul-Usud” qrupunun planlaşdırdığı böyük hücumun qarşısını almaq məqsədi ilə həyata keçirildiyini” iddia ediblər.

Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İsrailin Nablusa hərbi hücumu nəticəsində 5 fələstinli şəhid olub, Fələstin Milli İdarəsinin bəzi təhlükəsizlik qüvvələri də daxil olmaqla 22 nəfər yaralanıb.

Bildirilir ki, Nablusda bu gün baş verən qarşıdurmalar zamanı “Ərinul-Usud” müqavimət dəstəsinin komandirlərindən və qurucularından olan Vədi Əl-Huh İsrail hərbçiləri tərəfindən şəhid edilib.

Sionist rejim əsgərləri Nablusdan əlavə, bu gün səhər saatlarında Cəninin qərbindəki Rummanə qəsəbəsinə hücum edərək müqavimət qüvvələri ilə qarşıdurmada olublar. Bu qarşıdurma nəticəsində Fələstin müqavimət qüvvələrindən biri yaralanıb və İsrail hərbçiləri tərəfindən əsir götürülüb.

İsrail ordusunun Nablus şəhərində bir avtomobilə dron hücumu (1)
İsrail ordusunun Nablus şəhərində bir avtomobilə dron hücumu (2)
Nablusda sionist qüvvələrin hərəkəti
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir