Ukraynada baş verən son hadisələr, 24 Oktyabr 2022

Bazar ertəsi 24 Oktyabr 2022 - 23:48
https://az.iswnews.com/?p=14558

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 48 saatlıq şiddətli döyüşlərdən sonra Ukrayna ordusu Donetsk vilayətinin şimalında yerləşən Baxmut qəsəbəsinin bəzi qərb məntəqələrini Rusiya ordusundan geri almağa nail olub.

1- Oktyabrın 22-də səhər saatlarında Rusiya ordusu bir neçə qanadlı raketlə Odessa, Kiyev, Xmelnitski, Lutsk və Rivne şəhərlərində Ukraynanın enerji obyektlərinə hücum etdi.

2- Oktyabrın 22-də axşam saatlarında Rusiya ordusu bir neçə qanadlı raket və “Şahid-136” və “Şahid-131” (Şahid-136-nın kiçik nümunəsi) kamikadze dronları ilə Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində Ukrayna qüvvələrinin mövqelərinə hücum etdi.

Zaporojyedə Şahid 131 dronu qanadının şəkli

3- Rusiya ordusuna məxsus “Su-30” qırıcı təyyarəsi Rusiyanın cənubunda yerləşən İrkutsk səmasında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə zamanı iki pilot həlak olub, bir yaşayış evi yanıb.

Rusiya ordusuna məxsus “Su-30” qırıcısının İrkutskda qəzaya uğradığı an

4- Oktyabrın 22-də səhər saatlarında Ukrayna ordusunun Şebkino şəhərinə artilleriya hücumları nəticəsində bir neçə ticarət mərkəzi və digər binalar dağıdılıb, 2 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

5- Almaniya kansleri Olaf Şoltz yaxın günlərdə Ukraynaya üç IRIS-T müdafiə sistemi göndəriləcəyini açıqladı.

6- Luqansk:
Rusiya KİV-ləri Ukrayna silahlı qüvvələrinin Luqansk vilayətində Kermina cəbhəsinə genişmiqyaslı hücum hazırlamaq üçün hərbi təchizat və zirehli texnikanı köçürməyə çalışdığını bildirib. Bu baxımdan Ukrayna ordusunun ümumi hücumları Terni və Yampoliuk ərazilərinə yönəlib.
Oktyabrın 24-də Ukrayna ordusu Rusiya ordusunun Robijnıe və Osvatov şəhərlərindəki mövqelərinə HİMARS raket kompleksləri ilə hücum edib.

7- Xerson:
Yerli rəsmilərin açıqlamalarına görə, Rusiya ordusu Ukrayna ordusunun İnqolets çayı sahillərində yerləşən Bruskinske, Kostroma və Kaliniuske bölgələrinə hücumunu dəf edib.

8- Donetsk:
Ukrayna mediaları Baxmut qəsəbəsinin qərb kənarında yerləşən asfalt zavodunun şəklini dərc etməklə rusları bu qəsəbədən qovduqlarını iddia ediblər. Ötən aylarda Rusiyanın Severodonetsk və Lısiçanskın cənub cəbhəsində irəliləməsindən sonra bu fabrikdə münaqişə iki aydır davam edir və Ukrayna ordusu 48 saatlıq şiddətli döyüşlərdən sonra dünən onu geri ala bilib.

Baxmut Asfalt Zavodundan Ukrayna qüvvələrinin şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir