Suriyada baş verən son hadisələr, 23 Oktyabr 2022

Bazar 23 Oktyabr 2022 - 23:27
https://az.iswnews.com/?p=14537

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun qüvvələri Həsəkə əyalətində yerləşən Təll-Təmər şəhərinin kənarındakı Təll-Ləbən keçid məntəqəsindən Amerika koalisiya karvanının keçməsinin qarşısını alıb.

1- Hələb:
Oktyabrın 23-də Hələbin qərbində yerləşən Kəfər-Təal kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

2- İdlib:
– Oktyabrın 21-də İdlibin cənubunda yerləşən Əl-Vayha və Hərəş Bənin bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Oktyabrın 22-də “Əl-Neyrəb” bölgəsinin ətrafında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Oktyabrın 22-də BMT-yə aid humanitar yardım karvanı, o cümlədən 17 yük maşını Suriya hökumətinin nəzarətində olan ərazilərdən və Tərnəbə keçidindən keçdikdən sonra İdlib vilayətində terrorçu qüvvələrin nəzarətində olan ərazilərə daxil olub.

3- Dəraa:
– Oktyabrın 20-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Dəraa şəhərinin Əl-Munşiyə məhəlləsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Oktyabrın 20-də Dəraa vilayətinin Casim şəhərində yerli qruplaşmalar tərəfindən həbs edilən İŞİD-in cəbhə komandirlərindən biri edam edilib.

4- Deyr əz-Zor:
– Oktyabrın 22-də naməlum silahlı dron Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqelərini bir neçə raketlə hədəfə alıb. Hələlik heç bir dəstə bu hərəkətə görə məsuliyyəti öz üzərinə götürməyib və bu hücum nəticəsində ölən və dəyən zərərin miqdarı barədə məlumat verilməyib.

Daha çox oxuyun: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib

– Oktyabrın 23-də İŞİD terror qruplaşması Bəsrənin ətrafındakı Daman kəndində Suriya Demokratik Qüvvələrinin (SDQ) qərargahlarından birinə hücum etdiyini açıqlayıb. SDQ-yə yaxın medianın məlumatına görə, bu hücumda itki olmayıb.

5- Raqqa:
Oktyabrın 21-də İŞİD terror qruplaşması Eyn-İsa şəhərində Suriya Demokratik Qüvvələrinin (SDQ) hərbi maşınının hədəfə alınmasına görə məsuliyyəti öz üzərinə götürüb.

6- Həsəkə:
Oktyabrın 21-də Suriya ordusu qüvvələri Təll-Təmər şəhərinin ətrafındakı Təll-Ləbən keçid məntəqəsindən beş zirehli maşından ibarət Amerika koalisiya karvanının keçməsinin qarşısını alıb.

7- Dəməşq:
Oktyabrın 21-də İsrail qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib. Suriya hərbi mənbəsinin məlumatına görə, cümə günü yerli vaxtla saat 23:03-də düşmən İsrail Təbəriyyə gölünün şimal-şərq tərəfindən Dəməşq şəhəri ətrafındakı məntəqələri hədəfə alaraq raket atıb. Bu hücumda itki olmayıb.

Daha çox oxuyun: İsrail Suriyaya havadan zərbələr endirib

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir