Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib

Şənbə 22 Oktyabr 2022 - 23:46
https://az.iswnews.com/?p=14507

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika koalisiyasının mövqeləri müqavimət dəstələrinin dron hücumu ilə hədəfə alınıb.

Oktyabrın 22-də naməlum silahlı dron Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqelərini bir neçə raketlə hədəfə alıb. Hələlik heç bir dəstə bu hərəkətə görə məsuliyyəti öz üzərinə götürməyib və bu hücum nəticəsində ölən və dəyən zərərin miqdarı barədə məlumat verilməyib.

Yerli mənbələrin məlumatına görə, bu hücuma cavab olaraq Amerika qüvvələri Əl-Məyadin şəhəri ətrafındakı əkinçilik sahələrini hədəfə alıb.

Bununla əlaqədar olaraq, Amerika koalisiyası Əl-Ömər neft yatağının hədəf alındığını qeyd etmədən qüvvələrin hazırlığını artırmaq üçün Deyr əz-Zor şəhəri ətrafında raket və artilleriya sistemlərindən istifadə edərək hərbi təlim keçirdiyini iddia edib.

Xatırladaq ki, bu il sentyabrın 18-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri bir neçə raketlə hədəfə alınmışdır.

Daha çox oxuyun: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam