BMT-nin Ciddə limanındakı partlayış barəsində verdiyi təfərrüat

Bazar, 20 Fevral 2022 - 10:57
https://az.iswnews.com/?p=1447

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, BMT-nin verdiyi məlumatına görə, Ciddə şəhəri sahillərində Ənsarullah kamikadze qayıqının Sinqapur neft tankerinə hücumu zamanı Səudiyyə Hərbi Dəniz Qüvvələrinə aid bir gəmi də zərər görüb.

BMT 14 dekabr 2020-ci ildə Ciddə şəhəri sahillərində Səudiyyə tankerlərinə Ənsarullah kamikadzesinin hücumu ilə bağlı verdiyi bəyanatda Sinqapurun BW Rhine tankerindən əlavə daha bir gəminin də hücuma məruz qaldığını bildirib.
Bu əlavə tanker gəmisi adı “Baride” və Səudiyyə ordusunun donanmasına məxsus olan gəmidir. Bu partlayış nəticəsində tankerin sağ tərəfinin gövdəsi ciddi zədələnmiş və hücumdan bir il sonra hələ də Məlik Feysəl Dəniz Bazasının 8 saylı pierində lövbər salır.

Qeyd edək ki, Hafnia Singapore şirkətinə məxsus BW Rhine tankeri 2020-ci il dekabrın 14-də səhər saatlarında Ciddə şəhərinin Yanbu limanında yüklənmiş dizel yükünü boşaldarkən Ənsarullah kamikadze qayığı tərəfindən hücuma məruz qalıb. Partlayış nəticəsində dənizə neft sızıntısı və ya çirklənmə baş verməyib, lakin yanğın baş verib və yanğın alovlarının çoxluğu gəminin gövdəsinə ciddi ziyan vurub.

Ciddə limanı sahillərində Baride neft tankeri
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.