Ukraynada baş verən son hadisələr, 20 Oktyabr 2022 + Xəritə

Cümə axşamı 20 Oktyabr 2022 - 23:12
https://az.iswnews.com/?p=14376

Ukraynanın döyüş cəbhələrində son cəbhə vəziyyətinə baxış

1- Ukraynanın xarici işlər naziri Dmitri Kolba bu ölkənin prezidenti Vladimir Zelenskiyə İranla diplomatik əlaqələrin kəsilməsi təklifi barədə məlumat verib. Bu tələb Ukrayna döyüşlərində Şahid 136 dronunun (İran istehsalı) görkəmli rolu ilə əlaqədar edilib və bundan öncə Ukrayna parlamentində də bu məsələ müzakirə olunmuşdur. (Daha ətraflı)

2- Yuri İqnat, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü: “Rusiya artıq Ukraynaya raketlərini Xəzər dənizindən deyil, Rostov yaxınlığından vurur. Buna görə də hücumlara hazırlaşmaq və sığınmaq vaxtı azalır. Rusiya strateji bombardmançıları Kh-101 və Kh-55 raketlərindən istifadə edir. Bu raketlər saatda 900 kilometr sürətlə uçur və onlar Xəzər dənizindən buraxılarsa, hava qüvvələrinin reaksiya vermək, insanların sığınacağa girmək üçün daha çox vaxtı olur. İndi məsafə qısalıb, vaxt da azalıb”.

3- Estoniya parlamenti Rusiyanı rəsmən terrorçu rejim elan edib. Bu parlament də digər ölkələrin parlamentlərinə müraciət edib ki, eyni şeyi etsinlər və Rusiyanı terrorçuların himayədarı kimi tanısınlar. Onlar həmçinin Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını tələb edib və Avropa İttifaqından Rusiya və Belarusa qarşı daha çox sanksiyalar tətbiq etməyi tələb ediblər.

4- Ukrayna Xarici İşlər Nazirliyi İsraildən hava hücumundan müdafiə sistemləri almaq istəyini rəsmən açıqladı. Sionist rejimin müdafiə naziri Benni Qantz bu tələbə cavab olaraq Ukraynaya heç bir silah təhvil verməyəcəklərini açıqlayıb.
Bununla bağlı İsrailin keçmiş baş naziri Benyamin Netanyahu da bəyan edib ki, İsrail silahları Ukraynaya göndərilərsə, iranlıların əlinə keçə bilər. Biz nə vaxt cəbhənin bir tərəfinə hərbi yardım etmişiksə, sonda həmin silahlar iranlıların əlinə keçib və onlar bizə qarşı istifadə ediblər.

5- “The New York Times” İranlı müşavirlərin Rusiyaya göndərilməsi iddiası ilə bağlı xəbər dərc edib. Bu hesabatda deyilir: “İran dronların problemlərinin həllinə kömək etmək üçün Rusiyaya İslam İnqilabı Keşikçiləri Korpusundan adamlar göndərib. Bu əsgərlər ruslara təlim keçmək üçün Krımda hərbi bazaya yerləşdiriliblər”.

6- Hüseyn Əmirabdullahiyan, İranın Xarici İşlər Naziri: “Ukrayna hakimiyyətinə demişik ki, əgər varsa, İran dronlarının Ukraynadakı müharibədə istifadəsi ilə bağlı sənəd təqdim etsinlər”.

7- Donetsk:
Baxmut cəbhəsində Ukrayna ordusunun 54-cü briqadasının Baxmut şəhəri yaxınlığındakı asfalt zavodunu geri almaq üçün hücumu uğursuzluqla nəticələnib. Tərəflər arasında bu cəbhədə qarşıdurma davam edir və Rusiya ordusu və müttəfiqləri mühüm Bəxmut şəhərinə hücumlarını artırıb. Hazırda Rusiya qüvvələri Baxmut şəhərinin şərq və cənub girişlərinə çatıb və bir neçə gün ardıcıl olaraq ağır toqquşmalar davam edir. Rusiya Xarkov cəbhəsindən geri çəkildikdən sonra onun əsas diqqəti Baxmut şəhərinə yönəldi. Görünür, Baxmutun ələ keçirilməsi bu cəbhədə ruslar üçün gələcək döyüşlərin müəyyənləşdirilməsində mühüm rol oynayır.

8- Xarkov:
Xarkovun cənub cəbhəsində Kupyanskın cənub-şərqində və Osvatoenin şimal-qərbində Rusiya və Ukrayna orduları arasında arabir toqquşmalar davam edir. Son iki həftədə Ukrayna qüvvələri bu cəbhədə mühüm irəliləyişlər əldə edib və Rusiya qüvvələrini bir neçə cərgə geri çəkilməyə məcbur ediblər.

9- Rusiya ordusu bir və ya bir neçə Şahid 136 kamikadze dronları ilə Ukraynanın cənubunda yerləşən Nikolayev şəhərində Ukrayna qüvvələrinin mövqelərinə hücum edib. Aşağıdakı video yerli media tərəfindən yayımlanmış və Ukrayna ordusunun hava hücumundan müdafiə sisteminin Rusiya dronunu vura bilməməsi və dronun hədəfə dəqiq zərbəsini əks etdirir.
Bununla bağlı Ukrayna ordusu iddia edir ki, dünən gecədən bəri Nikolayev səmasında 14 Şahid-136 kamikadze dronunu vurub.

10- Ordu və Ukrayna prezidenti Vladimir Zelenski son 36 gündə 223 ədəd Şahid 136 kamikadze dronunu vurduqlarını iddia edib. İlk Şahid 136 dronu sentyabrın 13-də Kupyansk səmasında vurulub.

11- Son iki həftə ərzində Giran 2 və 1 kamikadze dronları (Şahid 136 və onun Şahid 131 kimi tanınan kiçik modeli) Kiyev, Lvov, Jitomir, Nikolayev, Xarkov, Poltava, Dnepr, Zaporojye, Krimençuk, Odessa, Rivne, Ternopil, Xmelnitski, İvano-Frankivsk şəhərlərində Ukraynanın hərbi və iqtisadi infrastrukturlarını hədəfə alıb. Ukrayna hərbi rəsmilərinin bu dronların vurulması ilə bağlı iddiasına baxmayaraq, dronların əksəriyyəti nəzərdə tutulan hədəfləri yüksək dəqiqliklə vurub və Ukraynanın hava hücumundan müdafiəsi dronları ələ keçirib məhv etməkdə uğursuz olub. Kiyev şəhəri ən çox “Şahid 136” kamikadze dronu hücumlarına ev sahibliyi edib və Rusiyanın bu dronlardan istifadə edərək Ukraynanın müxtəlif bölgələrinə hücumları yenə də davam edir. (Daha ətraflı)

12- Xerson və Nikolayev cəbhəsində Rusiya və Ukrayna ordularının qüvvələri arasında ara-sıra toqquşmalar baş verir. Rusiya ordusunun Xerson vilayətinin şimalında İnqolets çayının şərq ərazilərindən geri çəkilməsindən sonra Davidiv Brid məntəqəsinin cənubunda və Suxanov rayonunda toqquşmalar davam edir. Dünən Rusiya ordusu Ukrayna qüvvələrinin Suxanov cəbhəsində genişmiqyaslı hücumunu dəf edib. Hazırda münaqişələrin əksəriyyəti bu cəbhədə, yəni Xorson vilayətinin şimal-qərbində cəmləşib. Rusiya ordusu Xerson cəbhəsini gücləndirir və bu əraziyə daha çox qoşun toplamaqla məşğuldur. Ona görə də Ukrayna qüvvələri bu cəbhədə Rusiyanın müqavimətini qırmağa və tezliklə Kaxovkaya çatmağa və sol cinahdan Xerson şəhərini dövrəyə almağa çalışırlar.

Ukraynanın onlayn xəritəsinə baxın

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir