Fələstinli qruplar Suriya prezidenti ilə görüşüblər + FOTO

Cümə axşamı 20 Oktyabr 2022 - 13:56
https://az.iswnews.com/?p=14342

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, HƏMAS hərəkatının Suriya ilə əlaqələrini kəsdikdən təxminən on il sonra Bəşər Əsəd Dəməşqdə fələstinli qrupların liderləri və nümayəndələrindən ibarət heyətlə görüşüb və söhbət edib.

Oktyabrın 19-da Suriya prezidenti Bəşər Əsəd fələstinli qrupların liderləri və nümayəndələrindən ibarət nümayəndə heyətini, o cümlədən HƏMAS-ın siyasi ofisinin üzvü Xəlil Əl-Həyyəni, İslami Cihadın baş katibi Ziad Ən-Nəxxaləni, Fələstin Azadlığı Xalq Cəbhəsinin baş katibi Təlal Nacini, Fələstinin Suriyadakı səfirini digər bir neçə nəfərlə birlikdə Dəməşqdə qəbul edib.

O, Fələstin qruplarının birliyinin sionist rejimlə qarşı-qarşıya qalması və öz hüquqlarını geri alması üçün əsas amil olduğunu bildirib və aydınlaşdırıb ki, Fələstin məsələsini ərəb ölkələrində, xüsusilə Fələstində yeni nəsillərin vicdan və zehnindən silmək üçün bütün səyləri heç yerə çatmayacaq.

Əsəd daha sonra bildirdi ki, müqavimət bir baxış deyil, hüquqların geri alınması prinsipidir. Hər kəsin müharibədən əvvəl bildiyi Suriya müharibədən sonra dəyişməyəcək və müqavimətin tərəfdarı olaraq qalacaq.

Bu görüşün davamında Fələstin nümayəndə heyətinin üzvləri də Suriyanı müqavimət məsələsinin əsas sütunlarından biri hesab edərək bəyan ediblər ki, Fələstin xalqı və qrupları Suriyanın əhəmiyyəti, mövqeyi, rolu və fədakarlıqlarından xəbərdardır və bilirlər ki, bu ölkə tarixən müqavimətin təməli və qalası olub və çətin zamanlarda köməy edib. Bütün fələstinli qruplar beynəlxalq təcavüzə qarşı durmaqda və Amerika-sionist planı ilə mübarizədə Suriyanın yanında olacaqlar. Bu görüş həm də Qəzza və İordan çayının qərb sahilindəki Fələstin xalqına böyük ruh verəcək, çünki Suriyanın gücü Fələstin xalqının gücüdür.

Fələstinli qruplar bu görüşdən sonra mətbuat konfransına qatılıb. HƏMAS-ın siyasi ofisinin üzvü və bu hərəkatın Dəməşqdəki nümayəndə heyətinin rəhbəri doktor Xəlil Əl-Həyyə deyib ki, bu gün Suriyada fəaliyyətimizə başladığımız və bu ölkə ilə onun sabitliyinə və birliyinə nail olmaq üçün əməkdaşlıq etdiyimiz mühüm bir gündür. Biz ABŞ, sionist rejimi və ya hər hansı digər tərəfin Suriyaya qarşı hər hansı təcavüz və hücumunu pisləyir və ona qarşıyıq. Suriya hələ də Fələstin məsələsinin tərəfdarıdır və biz bütün keçmiş fikir ayrılıqlarını bir kənara qoyduq və Bəşər Əsədlə görüş səmimi keçdi və o, ölkəsinin Fələstin xalqı və müqavimətinə tam dəstəyini vurğuladı.

Nəzərə alsaq ki, 2012-ci ildən HƏMAS-dan heç bir nümayəndə heyəti Suriyaya rəsmi səfər etməyib, bu görüş iki tərəf arasında siyasi, iqtisadi və xüsusilə də hərbi əlaqələrdə dönüş nöqtəsi olacaq.

Qeyd edək ki, bu görüş HƏMAS-ın Suriya ilə münasibətləri bərpa edəcəyini açıqlamasından bir müddət sonra baş tutub. Bu il sentyabrın 15-də Fələstinin HƏMAS hərəkatı təxminən 10 ildən sonra Suriya ilə əlaqələri bərpa etmək qərarını açıqlamışdır.

Daha çox oxuyun: Təxminən on ildən sonra HƏMAS və Suriya arasında münasibətlər bərpa olunur!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir