Yəməndə baş verən son hadisələr, 19 Oktyabr 2022

Çərşənbə 19 Oktyabr 2022 - 23:53
https://az.iswnews.com/?p=14327

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Eritreya ordusunun əsgərləri Səudiyyə koalisiyasına Qırmızı dənizin sularına nəzarət və kontrolda kömək etmək üçün Yəmənin qərb sahillərindəki Haniş adalarına daxil olublar.

1- Əl-Hudəydə:
– Eritreya ordusunun əsgərləri Səudiyyə koalisiyasının köməyi ilə Yəmənin qərb sahilindəki Haniş adalarına daxil olub. Bu hərəkət Səudiyyə koalisiyasına Qırmızı dənizin sularına nəzarət və kontrolda kömək etmək məqsədilə atılıb. Qurtuluş hökuməti və Yəmən mediaları son illərdə Eritreanın Səudiyyə koalisiyası ilə əməkdaşlığına etiraz edib və həmişə işğalın pislənməsini və Yəməndəki müharibəyə düzgün mövqe nümayiş etdirməsini tələb ediblər, lakin bu ölkənin rəsmiləri bu məsələyə diqqət yetirməyiblər.
– Oktyabrın 16-da Birləşmiş Millətlər Təşkilatı 14 min ton buğda daşıyan gəminin Əl-Hudəydə limanına gəldiyini elan etdi. Bu gəmi humanitar yardımla 45 gündən sonra Yəmənə çatıb.
– Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 105 dəfə pozub.

2- Sənaa:
Oktyabrın 16-da Yəmənin Qurtuluş Hökumətinin Əsirlərin İşləri üzrə Komitəsinin rəhbəri Əbdül Qadir Əl-Mürtəza 4 günlük danışıqlar və Səudiyyə tərəfi ilə əsirlərin mübadiləsinə dair müqavilənin imzalandığını elan edib. Bu razılaşmadan əvvəl Səudiyyə Ərəbistanının texniki heyəti əsirlərin siyahısını tamamlamaq üçün Yəmənin paytaxtı Sənaaya səfər etmişdi.

3- Ədən:
Oktyabrın 16-da BƏƏ qüvvələri istefa vermiş Yəmən hökumətinin prezident şurasının rəhbəri Rəşad Əl Əliminin mühafizəçilərini Əl Maaşıq Sarayından qovduqdan sonra onu ələ keçirib.

4- Əbyən:
Oktyabrın 16-da Cənub Keçid Şurasının silahlıları Əl-Məhfəd rayonunda İslah Partiyası silahlılarına və onların müttəfiq tayfalarına qarşı əməliyyata başlayıblar. Bu əməliyyat ağır itkilərdən sonra uğursuzluğa düçar oldu və onlar Əhvər rayonuna çəkildilər.

5- Şəbvə:
– Oktyabrın 19-da İslah partiyası silahlıları bir dron ilə Belhaf qaz stansiyasına hücum etdilər. Bu dron Əl-Covf əyalətindəki Əl-Ravik bölgəsindən havaya qalxıb.
– Oktyabrın 19-da İslah partiyasının silahlı şəxsləri Cənub Keçid Şurasının silahlı şəxslərinin Mife rayonundakı zastavasına hücum etdilər. Bu hücumda Cənublular və İslah partiyasının itkiləri barədə məlumat verilməyib.

6- Sokotra:
Oktyabrın 19-da BƏƏ hərbi yük gəmisi Sokotra adasının sahilindəki Hulaf limanına daxil olub. Yerli mənbələrin açıqlamasına görə, bu gəmi hərbi texnika və rabitə və müşahidə avadanlığı daşıyırmış və Hulaf limanında boşaldıldıqdan sonra BƏƏ-nin Hədibu hava limanı yaxınlığındakı hərbi bazasına yola düşüb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam