Oxucu Sualı: Ənsarullah dronlarının gücü ilə bağlı təhliliniz necədir? Ənsarullah dronları İrandan idxal olunur?

Çərşənbə 19 Oktyabr 2022 - 23:31
https://az.iswnews.com/?p=14324

Ənsarullahın son 7 il ərzində apardığı dron əməliyyatlarının təfərrüatlarına və onların Sənaada son təlimlərinə nəzər saldıqda, Ənsarullahın dronların gücü baxımından iki kateqoriyalı taktiki və strateji dronlarla təchiz olunduğunu görə bilərik:
1- Ordu, təhlükəsizlik qüvvələri və xalq komitələri daxil olmaqla, bütün Yəmən silahlı qüvvələri tərəfindən istifadə edilən taktiki dronlar.
2- Yalnız Ənsarullah Hərbi Hava Qüvvələrinin nəzarəti altında olan strateji dronlar.

Birinci qrup 2016-cı ildən Yəmən münaqişələrinin daxili cəbhələrində təsirli olan “Rasid”, “Rəcum” və s. dronlar ilə təchiz edilmişdir və İkinci qrup, ümumiyyətlə, Yəmən xaricindəki hava əməliyyatlarında və Yəmən daxilində geniş quru əməliyyatlarında istifadə edilən Vəid (Şahid-136), Səmad 3, Qasif 2k, Mirsad və s. kimi hər cür strateji dronlarla təchiz olunub.

Daha çox oxuyun:
Yəmənin hərbi məntəqələrində Ənsarullah döyüşçülərinin paradları + VİDEO və FOTO
Yəməndə baş verən son hadisələr, 17 Sentyabr 2022
21 sentyabr inqilabının ildönümü münasibətilə Yəmən ordusu möhtəşəm parad keçirib + FOTO

Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Yəməndə atəşkəs danışıqları zamanı Səudiyyə koalisiyasının tələblərindən biri də Ənsarullahın həyata keçirdiyi raket və dron, o cümlədən tez-tez Səmad 3 və Qasif 2k dronları ilə etdiyi hücumlarının dayandırılması idi. Bu ilin aprelində atəşkəs əldə edildikdən sonra belə hücumların dayandığının şahidi olduq. Təbii ki, koalisiyanın hava hücumları və dron uçuşları kimi atəşkəsin pozulması hallarında Ənsarullahın taktiki dronlarının əməliyyatlarının davam etməsinin şahidi olduq ki, bu da bu təhlilin doğruluğunu sübut edir.

Ümumiyyətlə, Ənsarullah Hərbi Hava Qüvvələri bütün Ərəbistan yarımadasında, Qırmızı dənizdə, hətta Afrika Buynuzu sahillərində nüfuzu bərqərar olmuş müqavimət cəbhəsi üçün etibarlı və güclü qüvvədir. Şübhəsiz ki, Ənsarullahın bu mövqeyi Livandakı Hizbullahın və İran İslam İnqilabı Keşikçiləri Korpusu məsləhətçilərinin hərbi texnikanın göndərilməsi və istehsalı sahəsində səyləri və köməyi ilə bağlıdır. Bu o deməkdir ki, İran bütün Yəmənin raket və dronlarının istehsalı və dizaynının mənbəyidir və bu avadanlıqların geniş istehsal xətti Yəməndə işə salınmış ola bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam