Hərbi Məlumat: Zülfüqar Ballistik Raketi

Çərşənbə 19 Oktyabr 2022 - 20:21
https://az.iswnews.com/?p=14312

Zülfüqar raketi quru yanacaq və çıxarıla bilən döyüş başlığına malik qısa mənzilli taktiki ballistik raketdir. Bu raket İran Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatı tərəfindən istehsal edilmiş və 2016-cı ilin oktyabr ayından rəsmi olaraq İran silahlı qüvvələrinin istifadəsinə verilmiş Fateh 110 raketinin təkmilləşdirilmiş nümunəsidir.

“Zülfüqar” raketi 579 kq çəkisi olan döyüş başlığı ilə təchiz edilib və mənzili 700 km dir. Bu ətalətli raketin istiqamətləndirici üsulu son ana qədər idarə olunur və kiberhücum qarşısını almaq qabiliyyətinə malikdir və istənilən növ elektron müharibəyə davamlıdır.

Zülfüqar raketində raketin burnu ucludan əyriyə çevrilib. Bu dəyişiklik yüksək sürətlə hərəkətdəki termal hərarəti azaldır; Buna görə də bu modelin sürəti Fateh 110 modellərindən yüksəkdir və 5 Max-a çatıb.

Zülfüqar ballistik raketinin istiqamətləndirilməsi optimallaşdırılıb. Bu raketdə döyüş başlığını idarə edən kiçik qanadların iti uclu forması trapesiya halətinə dəyişdirilib. Həmçinin, bu kiçik qanadlar döyüş başlığının sonuna və idarə etmə, kontrol və naviqasiya bölməsinin arxasına köçürülüb.

Zülfüqar raketinin döyüş başlığı çıxarıla bilir. Çıxarıla bilən döyüş başlığı raket mənzilinə hücumun son mərhələsində raketin döyüş başlığına qoşulmasının mənfi təsirlərini azaltmaqla yanaşı, izləmə imkanlarını azaldır və düşmənin müdafiə raketlərinin Zülfüqar döyüş başlığına dəymə ehtimalını azaldır.

Daha çox oxuyun: Hərbi Məlumat: Fateh-110 Ballistik Raketi

Hələlik bu raketin ölçüləri rəsmi olaraq açıqlanmayıb; Amma mövcud görüntüləri araşdırdıqda onun uzunluğunun Fateh-110 raketi ilə müqayisədə artdığını görmək olar.

“Zülfüqar” raketi yüngül çəkisi və kiçik ölçüləri sayəsində yüksək çevikliyə malikdir və Fateh ailəsinin digər raketləri kimi qeyri-sabit daşıma qurğusuna quraşdırılıb atıla bilir. Bu, döyüş meydanında sağ qalma qabiliyyətini artırır. Zülfüqar raketi ikili buraxılış qurğusu ilə buraxıla bilər.

Zülfüqar ballistik raketi

2020-ci ilin oktyabrında “Zülfüqar Bəsir” adlı bu raketin optik istiqamətləndirici və gəmi əleyhinə olan nümunəsi nümayiş etdirildi.

“Zülfüqar” ballistik raketi Suriyada İŞİD terror təşkilatına qarşı “Ləylətul-Qədr” və “Zərbət Məhərrəm” adlı iki əməliyyatda istifadə edilib.

2017-ci il iyunun 18-i bazar gününə təsadüf edən Ramazan ayının sonuncu Qədr gecəsində “Ləylətul-Qədr” əməliyyat adı ilə SEPAH Aerokosmik Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Kermanşah və Kürdüstan əyalətlərindəki raket bazalarından 6 ədəd Zülfüqar raketi ilə təxminən 650 kilometr məsafədə olan Suriyanın Deyr əz-Zor şəhərindəki İŞİD-in mövqeləri və komanda qərargahlarını vurmaq üçün istifadə etmişdir. Bu əməliyyat İŞİD-in 7 iyun 2017-ci ildə Tehranda İranın Milli Məclisinə qarşı törətdiyi və 18 nəfərin şəhid olması ilə nəticələnən terror aktına cavab olaraq həyata keçirilmişdir.

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri 1 oktyabr 2019-ci il səhər saatlarında başqa bir əməliyyatda İranın qərbindəki Kermanşahdan 6 yer-yer tipli ballistik raketlə “Məhərrəm Zərbəti” əməliyyat adı ilə Suriyanın Fərat çayının şərqindəki Həcin bölgəsində İŞİD terrorçularının mövqelərini hədəfə almışdır. Atılan 6 raketdən 4-ü Zülfüqar tipli idi. Bu əməliyyatla eyni vaxtda İran İnqilabı Keşikçiləri Korpusunun 7 dronu da Fəratın şərqində terrorçuların mövqelərini hədəfə almışdır. Bu əməliyyat İŞİD-in 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində 25 iranlının şəhid olması və 69 iranlının yaralanması ilə nəticələnən terror aktına cavab olaraq həyata keçirilmişdir.

Zülfüqar Ballistik Raketinin texniki xüsusiyyətləri:
Uzunluq: 10.3 metr
Diametr: 0,68 metr
Çəkisi: 4620 kq
Döyüş Başlığı: Çəkisi 579 kq-a qədər olan yüksək partlayıcı maddələr
Mühərrik: Bir mərhələli qatışıq quru yanacaq
Mənzil: 700 km
Sürət: 5 Max
Sükan: Ətalətlə sona qədər idarə etmək qabiliyyəti ilə
Dəqiqlik: 10 metr CEP
İstehsalçı: İran

Tam ölçüdə baxmaq üçün klikləyin

Paylaşmaq üçün ingilis, rus, çin, ivrit, ərəb, fars və kürd dillərində Zülfüqar Ballistik Raketi posterləri toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir