İmran Xan tərəfdarları İslamabada doğru nümayişi gözləyir

Çərşənbə 19 Oktyabr 2022 - 12:52
https://az.iswnews.com/?p=14283

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İmran Xan və Şahbaz Şərif hökuməti arasında siyasi qarşıdurma Pakistanda ümumi seçkilərin vaxtının qeyri-müəyyən olmasından sonra şiddətlənib.

Şahbaz Şərif hökuməti tərəfindən Pakistanın ümumi seçkilərinin tarixinin qeyri-müəyyən qalması Pakistanın keçmiş baş naziri İmran Xanın qəzəbinə və kəskin reaksiyasına səbəb olub. O, son açıqlamalarında Pakistanın paytaxtı İslamabad şəhərinə doğru etiraz yürüşü keçirəcəyi ilə hədələyib. İmran Xan bəyan edib ki, bu nümayişin keçirilməsində məqsəd ABŞ rəhbərliyinin Pakistanda yumşaq siyasi çevriliş etməsini məğlub etmək və bu ölkədə xalq əsaslı hakimiyyəti bərpa etməkdir.

Bu xəbərdarlıq Pakistan parlamentinin seçkilərində Təhrik-e-İnsaf partiyasının (İmran Xanın rəhbərlik etdiyi) səkkiz mandatdan altısını qazandığı vaxta təsadüf edir.

Bununla bağlı Pakistanın “Geo TV” kanalı məqaləsində yazıb: “Əgər İmran Xan Pakistanın İslamabad və digər şəhərlərində ümummilli və uzunmüddətli etiraz aksiyaları təşkil etsə, o, edam olunacaq”. İmran Xanın edam olunması təhdidi ilə eyni vaxtda Pəncab əyalətinin federal hökumətinin başçısı və İmran Xanın tərəfdarı Ömər Sərfəraz Çima Pəncab əyalətinə girən kimi Rəna Sənaullahı həbs edəcəyini açıqladı.

İmran Xanın Şərif hökuməti və onu dəstəkləyən partiyalarla qarşıdurması bu il aprelin 10-da İmran Xanın parlamentdə işinin araşdırılmasının elan edilməsindən və vəzifəsindən uzaqlaşdırılmasından sonra başlayıb. Bu hadisədən sonra İnsaf Partiyası yerli və parlament mandatları qazanmağa çalışır və etiraz aksiyaları ilə hökumətə növbədənkənar ümumi seçkilərin keçirilməsi üçün təzyiq göstərməyə çalışır.

Pakistanda milyonlarla nümayişlərin və toplantıların keçirilməsi yeni bir şey deyil. 2014-cü ildə keçirilən mitinqlər İslamabadda Nəvaz Şərifə qarşı dörd aylıq oturaq aksiyaya səbəb oldu. İmran Xan vəzifəsindən kənarlaşdırıldıqdan sonra bir neçə dəfə dinc nümayişlər keçirməyi təklif edib, lakin hər dəfə etirazçılar Pakistanın paytaxtına çatdıqdan sonra onları dayandırıb!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam