Ukrayna parlamenti: İranla diplomatik əlaqələri kəsəcəyik!

Çərşənbə axşamı 18 Oktyabr 2022 - 22:43
https://az.iswnews.com/?p=14279

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna parlamentindəki Avropa Həmrəyliyi Partiyasının nümayəndələri İranla diplomatik əlaqələrin kəsilməsi və bu ölkənin terrorizmin himayədarı kimi tanınması haqqında qanun layihəsini Ukrayna parlamentinin Rəyasət Heyətinə təqdim ediblər.

Odessa təmsilçisi, Ukrayna Parlamentindəki Avropa Həmrəyliyi Partiyasının üzvü Oleksi Honçarenkonun açıqlamalarına görə, bu ölkə İranla diplomatik əlaqələrini tezliklə kəsəcək!

Honçarenko şəxsi səhifələrindəki elanda İranla diplomatik əlaqələrin kəsilməsi və bu ölkənin terrorizmin himayədarı kimi tanınması ilə bağlı qanun layihəsinin təqdimatını elan edib və deyib: “Bundan əlavə, BMT, Avropa Parlamenti, NATO-dan və dünyanın digər hökumətlərindən İranı cəzalandırmaq üçün lazımi tədbirləri və digər sanksiyaları həyata keçirməyi istəməliyik”. O, daha sonra İranın Rusiya ordusunun dronlarla təmin edilməsində roluna işarə edərək, İranın yeni qısa mənzilli ballistik raketlərini (Fateh 110 və Zülfüqar) Rusiyaya göndərdiyini iddia edərək, bu qanun layihəsinin Ukrayna parlamenti tərəfindən tez bir zamanda nəzərdən keçirilməsini tələb edib.

Digər tərəfdən, Ukrayna mediaları yeni xəbərdə iranlı müşavirlərin Kirovski hava limanında və Xersondakı bir neçə başqa hərbi bazada rus əsgərlərinə təlim keçdiyini iddia ediblər. Bu hesabatda iranlı müşavirlərin dron əməliyyatlarının icraçı qüvvələri kimi açıqlanıb və əlavə edilib ki, kamikadze dronlar dəniz konteynerlərində, yük maşınları və mülki nəqliyyat vasitələri ilə daşınır.

Ukraynanın yeni iddiaları İran və Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərinin Rusiyaya kamikadze və kəşfiyyat xarakterli dronların göndərilməsini və satın alınmasını təkzib etdiyi bir vaxtda gündəmə gəlir. Rusiya və İran rəsmilərinin dəfələrlə təkzib etmələrinə baxmayaraq, Şahid-136 kamikadze dronları Ukrayna döyüşlərində çox təsirli performans nümayiş etdiriblər ki, ən azı 22 ölkənin hərbi qurumları İran hökumətinə və silahlı qüvvələrinə onların alınması üçün müraciət ediblər!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam