Hərbi Məlumat: Fateh-110 Ballistik Raketi

Çərşənbə axşamı 18 Oktyabr 2022 - 19:54
https://az.iswnews.com/?p=14261

“Fateh-110” ballistik raketi çıxarıla bilən döyüş başlığına malik, quru yanacaqla işləyən qısa mənzilli ballistik raketdir. Fateh-110 İran tərəfindən sayca ən çox istehsal olunmuş raket növlərindən biri hesab olunur.

Bu raket İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək Nazirliyinin tabeliyində olan Hava və Kosmos Təşkilatı tərəfindən istehsal olunur. Mövcud məlumata görə, bu raketin ilk sınaqları 2022-ci ildə həyata keçirilib. Fateh 110 İranın hərbi təşkilatı tərəfindən sayca ən çox istehsal edilmiş raket növlərindən biridir.

Fateh 110 ballistik raketinin inkişafı mənzili artırmaq və dəqiqliyi artırmaq üçün iki əsasda davam etdirilmiş və ötən illərdə bu əsasda onun müxtəlif nümunələri istehsal edilmişdir. Nəhayət, 2012-ci ildə Fateh 110 raketinin dəqiq təyin etmə qabiliyyətinə və 10 metr xəta dərəcəsinə malik versiyası istehsal edilərək buraxıldı.

İndiyədək 10 nəsil Fateh-110 raketləri hazırlanıb və onların texniki göstəriciləri belədir:
Fateh 110 nəsil 1: 200 km mənzil ilə
Fateh 110 nəsil 2: 250 km mənzil ilə
Fateh 110 nəsil 3: 300 kilometr mənzil ilə və yüksək dəqiqliklə
Fateh 110 4-cü nəsil: 300 km-dən çox mənzil ilə və nöqtə vurmaq qabiliyyəti ilə
Xəlice Fars raketi: gəmi əleyhinə nümunəsi
Hormoz 1 və Hormoz 2: anti-radar nümunəsi
Fatehe Mobin raketi: optik idarəçiliyə malik gəmi əleyhinə nümunəsi
Zülfüqar raketi: 750 km mənzilli
Dezful raketi: 1000 km mənzilli
Rəəd 500 raketi: 500 km mənzilli

“Fateh-110” ballistik raketi quru və dəniz hədəflərini, düşmən toplumlarını, idarəetmə məntəqələrini, silah-sursat anbarlarını, radarları və digər hədəfləri yüksək dəqiqliklə hədəf alaraq məhv etməyə qadirdir.

Fateh 110 raketi həm sabit, həm də qeyri-sabit (avtomobilə quraşdırılmış) buraxılış qurğularından atılmaq qabiliyyətinə malikdir. Bu raketin effektiv mənzili 300 km, son mənzili isə 400 ilə 550 km arasında qiymətləndirilir.

Fateh 110-un ən məşhur əməliyyatlarından biri 2018-ci il sentyabrın 8-də İran Kürdüstan Demokrat Partiyasının (Hədka) terror qruplaşmasının qərargahına hücumdur. Bu əməliyyatda Hədka terror qruplaşmasının İraqın Kürdüstan bölgəsindəki Kuisanjaqdakı qərargahına doğru 230 km məsafədən Fateh 110 raketləri atılıb və liderlərinin görüşünü çox dəqiqliklə hədəfə alıb. Bu dəqiq hücumda 6-sı bu terror qruplaşmasının mərkəzi komitəsinin üzvü olmaqla, 16 Hədka üzvü öldürülmüşdür. Bu hücum həmin ilin iyulunda İranın qərbində Hədka tərəfindən şəhid edilən bir sıra SEPAH qüvvələrinin şəhadətinə cavab olaraq həyata keçirilmişdir.

İraqın Ərbil şəhəri yaxınlığındakı Mossad bazasına qarşı əməliyyat Fateh 110 ballistik raketlərinin daha bir mühüm və təsir edici əməliyyatıdır. Bu ilin 13 mart tarixində səhər saatlarında İran İnqilabı Keşikçiləri Korpusu Hava Qüvvələri İraqın Ərbil şəhərində yeni Amerika konsulluğu yaxınlığında İsrail rejiminin gizli və həssas mərkəzini ən azı 10 ballistik raketlə hədəfə almışdır. Bu əməliyyatda istifadə edilən raketlərdən bəziləri Fateh 110 idi. İslam İnqilabı Keşikçiləri Korpusu bəyan etmişdir ki, Ərbil yaxınlığındakı Mossad villasına hücumun səbəbi İsrailin ziyanverici fəaliyyətlərinə cavabdır.

Daha çox oxuyun: Ərbildə İsrailin gizli məkanlarına İranın dəqiq raket hücumları + Video

Fateh-110 ballistik raketinin texniki xüsusiyyətləri:
Uzunluq: 86,8 metr
Diametr: 0,61 metr
Çəkisi: 3450 kq
Döyüş başlığı: 500 kq-a qədər güclü partlayıcı maddələr
Mühərrik: bir mərhələli quru yanacaq
Mənzil: növündən asılı olaraq 300 km
Sürət: 3 Max
İdarə: Ətalətlə sona qədər idarə etmək qabiliyyəti ilə
Dəqiqlik: 10 metr CEP
İstehsalçı: İran

Tam ölçüdə baxmaq üçün klikləyin

Paylaşmaq üçün Fateh 110 ballistik raket poster kolleksiyası ingilis, rus, çin, ivrit, ərəb, fars və kürd dillərində:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir