Washington Post: Rusiya İrandan Zülfüqar və Fateh-110 raketləri alıb!

Bazar ertəsi 17 Oktyabr 2022 - 10:54
https://az.iswnews.com/?p=14177

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerikanın “Washington Post” qəzeti Ukrayna və Amerika rəsmilərinə istinadən Rusiyanın İrandan “Zülfüqar” və “Fateh-110” raketləri aldığını iddia edib.

“Washington Post”un İran yaxınlığındakı Ukrayna və ABŞ-ın müttəfiq ölkələrindən birinin kəşfiyyat rəsmilərinə istinadən verdiyi xəbərə görə, kəşfiyyatın hesablamaları göstərir ki, Rusiya hökuməti bir neçə silah-sursat, o cümlədən Zülfüqar və Fateh-110 qısamənzilli ballistik raketləri alıb. Bu ölkənin silah sənayesi Rusiyaya ilk raket göndərişini hazırlayıb təslim edir. Bu rəsmilər izahatlarının davamında Rusiyanın İrana verdiyi yeni sifarişi xatırladaraq onlarla “Şahid-136” və “Mühacir-6” dronlarının Rusiya üçün göndərilməsini hazırladıqlarını iddia ediblər. Həmçinin bildirilir ki, iranlı texniki müşavirlər Rusiyanın nəzarətində olan ərazilərə baş çəkərək, Rusiya ordusunun komandirlərinə kamikadze dronlarla əməliyyatların necə aparılması ilə bağlı göstərişlər veriblər.

Ukraynada müharibənin müddəti uzandıqca, Rusiya ordusunun raket və dron ehtiyatları azaldıqca, Rusiya silahlarının tədarükçülərindən biri kimi İranın Ukraynadakı müharibədəki rolu önə çəkilir. Bununla əlaqədar Ukrayna hakimiyyəti və mediaları İranın Rusiyaya silah yardımı göstərdiyini iddia edib və son bir neçə həftə ərzində onlar “Şahid-136” və “Şahid-131” kamikadze dronlarının (Şahid-136-nın daha kiçik versiyası) Ukraynanın müxtəlif bölgələrində uçuş və ya vurulmasını əks etdirən müxtəlif görüntüləri dərc ediblər. Onlar həmçinin “Mühacir-6” dronunun qalıqlarını əldə etdiklərini və “Yəsir” kəşfiyyat dronunun uçuşlarını müşahidə etdiklərini iddia ediblər ki, bu da sənədli görüntü və videoların mövcudluğuna baxmayaraq, bütün bu iddiaların İran rəsmiləri tərəfindən təkzib edilərək bu ölkənin Rusiya və Ukrayna arasında olan müharibədə neytrallığı ilə üz-üzədir.

Hər halda Rusiyanı Amerika və Avropaya qarşı zəiflətmək heç bir halda İranın xeyrinə deyil və Ukrayna müharibəsində rusların güclənməsi Qərbin anti-İran fəaliyyətlərinin qarşısını almaq və onları Avropanın Şərq cəbhəsində məşğul saxlamaq üçün çox ağıllı bir qərardır.

Daha çox oxuyun:

Ukrayna ordusu: Şahid dronları asanlıqla müəyyən edilir, lakin biz onları vura bilmirik!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam