İİR-ı Ordusunun Quru Qoşunlarının Kermanşahdakı dördüncü PUA bazasına raket hücumu təkzib edildi!

Şənbə 19 Fevral 2022 - 12:48
https://az.iswnews.com/?p=1417

Bazar ertəsi, fevralın 14-də Kermanşahın Mahidəşt bölgəsindəki hərbi məntəqədə yanğın baş verib. Lakin İran hərbi orqanlarının rəsmi açıqlama verməsinə və hadisənin səbəbinin açıqlamalarına baxmayaraq; Həmişə olduğu kimi, İsrail mediası və onlara bağlı bəzi media qurumları hadisəni İsrailin İrana raket zərbəsi endirməsi ilə əlaqələndirməyə çalışıb. Lakin peyk görüntüləri yayımlanmasından sonra onların iddia etdikləri bu məsələ alt-üst oldu.

Kermanşah əyalətinin İslam İnqilabı Keşikçilər Korpusu fevralın 14-də bir bəyanat yayaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kermanşahın Mahidəşt bölgəsindəki anbarların birində mühərrik yağı və tez alışan materialların saxlanması ilə bağlı baş vermiş yanğını açıqlayıb.

Korpusdan verilən bəyanatdan əlavə qeyd etmək lazımdır ki, bu ərazidə olan anbar və liman İİR-ı Ordusu və SEPAH tərəfindən birgə istifadə olunur. Həmçinin sözügedən anbar təmir üçün normal qərargahdır və bu, Kermanşah Korpusunun bu anbarda mühərrik yağı və tez alışan materialların olması ilə bağlı bəyanatını təsdiqləyir.

Bu bəyanatdan sonra və son günlər İsrail mediası və Fars körfəzi ətrafındakı bəzi media qurumları yalanlar yayaraq, hadisələri təhrif edir və həmişəki kimi İranda baş verən hər hansı partlayış və yanğını Mossad-a aid edirlər; Yanğının İsrailin SEPAH-ın PUA bazalarından birinə raket hücumu nəticəsində baş vermiş kimi qələmə verirlər!

Lakin bir neçə gündən və səhnənin yüksək keyfiyyətli peyk şəkillərinin yayılmasından sonra İsrailə bağlı medianın gülünc iddiası faktiki olaraq puça çıxdı.

Anbardan yayımlanan görüntülərdə bu hadisənin İsrail mediasının iddia etdiyi raket hücumu və ya partlayışla heç bir əlaqəsinin olmadığı aydın görünür. Raket döyüş başlıqları haqqında çox az hərbi bilik və məlumatı olan hər bir şəxs belə nazik, zəif damı və divarı olan anbarda ən yüngül raket başlıqlarının nə qədər zərər verəcəyini asanlıqla görə bilər. Buna görə də hər hansı bir raket hücumu fərziyyəsi yanlışdır. Həmçinin anbarın içindən hər hansı bir döyüş sursatı partlayışının baş verməsi və ya hücum edən pilotsuz təyyarənin dama zərbəsi, daha sonra isə hər hansı bir partlayış əlamətinin olmaması səbəbindən partlayışın baş verməsi qəbul edilməzdir.
Şəkillərdə görünən və təsdiqlənən yeganə şey sadə yanğındır. Yayımlanan görüntülərdə yanğının olması və anbarın dam hissələrinin işçi qüvvələr vasitəsi ilə nizamlı şəkildə dəyişdirilməsidir.

Qeyd etmək lazımdır ki, İsrail rejiminin, xüsusən də son iki ildə ən aydın taktikalarından biri odur ki, qeyri-rəsmi və mütəşəkkil media vasitəsilə bu cür hadisələri özünə aid etmək, İrana zərbə endirməsi yalanlarını yayamaqla özünün bir növ mövcudluğunu sübut etməyə çalışır və İran daxilində və xaricində xəyali gücünü başqalarına isbat edib, media müharibəsində öndə olmaq niyyətindədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir