Livan İsrail rejimi ilə dəniz sərhədlərinin müəyyən edilməsi razılaşmasına razıdır

Bazar ertəsi 17 Oktyabr 2022 - 07:49
https://az.iswnews.com/?p=14167

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livanın prezidenti Livanın baş naziri və parlamentinin sədri ilə məsləhətləşdikdən sonra sionist rejimlə dəniz sərhədlərinin müəyyən edilməsi sazişinin qəbul edildiyini elan edib.

Livan səlahiyyətliləri dəniz sərhədlərin müəyyən edilməsi üçün işin son versiyasını Livan və İsrail rejimi arasında sərhəd danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi “Amos Hochstein”dan aldıqdan sonra, Livan prezidenti Mişel Aun Baş nazir və parlamentin spikeri ilə məsləhətləşdikdən sonra Livanın İsrail rejimi ilə dəniz müqaviləsini qəbul etdiyini açıqlayaraq, bu müqavilənin Livanın hüquqlarını qoruduğunu və ölkəmizin tələblərinə uyğun olduğunu bildirib.

O, danışıqların müsbət yekunlaşdığını vurğulayaraq, “Ümid edirik ki, Qana qaz yatağında qazma işlərinin tamamlanması ilə bu razılaşma Livanın iqtisadi yüksəlişi üçün təməl olacaq” dedi və davam etdi: “Livan öz torpağının bir metrini belə İsrail rejiminə verməyib və bütün hüquqlarını əldə edib”.

Bu razılaşmaya əsasən, Amerika Livan və sionist rejim tərəflərinin arasında razılaşma ilə bağlı yekun nəticədən sonra Livan və İsrail dəniz sərhədinin koordinatlarını BMT-yə təqdim edəcək.

Qeyd etmək lazımdır ki, Livan və İsrail arasında imzalanmış sazişin sənədləri Amerika hökumətinin ixtiyarındadır və bu müqavilənin mətni hələ rəsmi olaraq dərc olunmayıb, lakin Livan tərəfinin bu sazişdən məmnunluğu göstərir ki, Livan Hizbullahının açıq-aşkar xəbərdarlıqları və təhdidləri, İsrail tərəfinin bəzi şişirtmə və istəklərini geri götürərək bu razılaşmanı qəbul edib. Digər tərəfdən, İsrail rejiminin rəsmiləri də bu razılaşmanı müsbət qiymətləndirdilər və daxili işlər naziri istisna olmaqla, sionist rejimin nazirlər kabinetinin bütün üzvləri Livanla razılaşmanın təsdiqi ilə razılaşdıqlarını elan etdilər.

Amerika tərəfinin razılaşmanı pozmasını və İsrail rejimi tərəfindən öhdəlikləri yerinə yetirməməsini nəzərə alsaq, sazişin müddəaları dərc olunana və onun həyata keçirilməsinə qədər, tərəflərin birinin qələbəsi barədə ciddi və əminliklə danışmaq mümkün deyil.

Daha çox oxuyun:

Nəsrullah: Kariş yatağından qazın çıxarılması qırmızı xəttdir / Hizbullahın gözü və raketləri Karişə doğrudur / Fələstinli gənclərə təşəkkür edirik

Hizbullah dronları İsrailə xəbərdarlıq etdi!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam