Müdafiə Nazirliyi: Kəlbəcər, Laçın və Tovuz istiqamətlərində ordumuzun mövqeləri atəşə tutulub

Bazar 16 Oktyabr 2022 - 21:00
https://az.iswnews.com/?p=14160

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər, Laçın və Tovuz istiqamətlərində 15 və 16 oktyabr tarixlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin bəyanatını olduğu kimi sizə təqdim edirik:

“Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Bu məsələyə indiyədək Ermənistan Müdafiə Nazirliyi münasibət bildirməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam