Zəngəzur – Böyük şahmat taxtasının növbəti “hiyləgər” və ən “təhlükəli” oyunu + VİDEO

Şənbə 15 Oktyabr 2022 - 20:26
https://az.iswnews.com/?p=14089

Birinci Qarabağ müharibəsi (20 fevral 1988 – 12 may 1994) “Zəngəzur” adlı oyunun ilk hissəsi idi. Elə həmin vaxtda Qarabağda baş verən hərbi münaqişə zamanı bunun şahidi olduq.

Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qeyrətli və şücaətli əsgərləri qələbəni qazanacaqdılar. Lakin, müəyyən yerlərdən əmr alaraq olduqları mövqelərdən geri çəkildilər. Bu haqda görüntüləri Şəhid Çingiz Mustafayev işıqlandırıb. Siz də bu görüntülərin şahidi olmusunuz. Elə doğru məlumatları dünyaya çatdıran Şəhid Çingiz Mustafayev bu siyasi oyunun qurbanı oldu. Çingizin şəhid olduğu məqam onun ermənilər tərəfindən deyil, bu oyunu quran qüvvələr tərəfindən edildiyini sübut edib.

Birinci Qarabağ müharibəsinin məğlubiyyəti ilə ikinci Qarabağ müharibəsinin (44 günlük) qalibiyyəti xalq üçün itkilər baxımından fərq etmədi. Bu oyunun birinci adını “məğlubiyyət”, ikinci adını “qalibiyyət” qoydular. Düzdü, ikinci Qarabağ müharibəsində torpaqların xeyli hissəsi azad edildi. Amma bu müharibədə (44 günlük) Azərbaycanla İran sərhədində olan torpaqların ilk olaraq azad edilməsi “Zəngəzur” adlı oyunun ikinci hissəsidir.

Azərbaycan xalqının qan yaddaşı olan “Xocalı” nın, Xankəndinin və digər mühüm strateji bölgələrin hələ də işğal altında qalmaları sizi düşündürmürmü? Niyə o torpaqlar qala-qala “Zəngəzur” məsələsi gündəmdədir?

Bu suallara cavab tapmaq üçün regionda baş verən siyasi hadisələrin yaxşıca təhlilə ehtiyacı var. Biz sizə bu təhlilin bəzi hissələrini təqdim edirik:

Xəzər dənizində Türkmənistan, İran və Azərbaycanın cənub zonasının sahilləri boyu böyük qaz yataqları var. Rusiya Ukraynadakı müharibə səbəbindən Qərbin sanksiyalarına cavab olaraq qaz ixracatını dayandırıb. Oradakı qaz yataqları Avropanın 40 il qaz ehtiyacını təmin edə bilər. Ərdoğanın da məqsədi həmin qaz yataqlarını Qərbin köməkliyi ilə ələ keçirib Türkiyə vasitəsi ilə Avropaya  ötürməkdir. Əgər ingilislər istədiklərini həyata keçirə bilsələr onlar nəinki Qafqazda, bəlkə Orta Asiyadan Çinə qədər söz sahibi olacaqlar. İran, Rusiya və Çin bu oyunda məğlub olacaq. Yox əgər bunu bacarmasalar, o zaman başda Türkiyə olmaqla bu oyunda Qərb və onların müttəfiqləri məğlub olacaq. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin səbəblərindən biri də elə bu idi. Pelosinin Ermənistana səfərinin digər məqsədi İran və ermənilərin anti-İran cəbhəsinə cəlb olunması idi. Nensi Pelosi Cafesjian İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. ABŞ bu karidorun əleyhinə deyil.

İran İslam Respublikası bütün bu proseslərin baş verəcəyini qabaqcadan bildiyi üçün Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyasına imza atmadı.
Qafqazda Suriyadakı kimi uzun müddətli müharibə alovlana bilər.
“Zəngəzur” adlı oyunun arxasında hansı oyunların getməsindən xəbəri olmayan və 30 ildə “Zəngəzur bizim qədim torpağımızdır və onu qaytarmaq borcumuzdur” prizmasından baxan bir cəmiyyət yetişdirilib; İranı ermənidən də pis düşmən bilən yetişmiş bir cəmiyət.
Məhz bu cür axmaq şüarlarla xalqın milli hissləri ilə oynayıb Azərbaycan övladları NATO, Qərb və Türkiyənin istəklərinə qurban veriləcək.
Necəki, iki slavyan milləti Ukrayna ilə Rusiyanı bir birinə qırdırırlar, eləcə də iki eyni geni və eyni dini daşıyan Azərbaycanla və İran xalqını bir birinə qırdırmaq niyyətindədirlər. Bu metod ABŞ və imperialistlərin 20 il qabaqkı metodudur. Onlar Əfqanıstan və Veytnamdan dərs aldılar ki, niyə öz vətəndaşları olduğu halda əsgərlərimizi qırdıraq?!
Biz əsgərlərimizi elə həmin ölkənin “illərcə beyinlərini yuduğumuz vətəndaşlarından düzəldəcəyik”.
Bəli, 30 ildə Azərbaycan xalqını İranla bu cür müharibəyə hazırlaşdırıblar. İrana ermənidən də çox nifrət oyadıblar. Amma gəl ki, İran İslam Respublikası hər zaman Azərbaycan xalqının yanında olub. Bunu Birinci Qarabağ müharibəsi zamanı “qardaşı və sirdaşı” olan Türkiyə deyil, məhz İran İslam Respublikasının Azərbaycanlı qaçqınlara etdikləri yardımlarından, Azərbaycan Ordusuna keçdikləri təlimlərindən görmüşük.

İrana qarşı nifrət, faşist zehniyyətli milliyətçiləri illər boyu məhz bu günlər üçün hazırlanıb. İndi həmin əkdikləri nifrət toxumundan böyüyüb başa çatan ağacın bəhrəsini almaq üzrədirlər. Elə bu üzdən Azərbaycan Ordusunun bölmələrində əsgərlərə İrana nifrət təbliğatı aparılıb.

Qarabağda nə baş verir?
İkincisi Qarabağ müharibəsindən sonra bu günə qədər Ermənistan və Azərbaycan arasında xeyli sayda atəşkəs pozulub. Bu atəşkəsin çoxunu Azərbaycan tərəfi pozub. “Qisas” Əməliyyatı ərəfəsində bölgələrdən təlimlər adı altında Zəngəzurla sərhəd bölgələrə xeyli sayda ordu yeridilib. Bu günə qədər də bu arada davam edir. Hətda zirehli və ağır texnikaların, silah-sursatın daşınması da davam edir. Azərbaycanın “Silk Way” aviaşirkəti bu işdə mühüm rol oynayır. Son günlərdə əsasən İsraildən olmaqla bir çox ölkələrdən silah daşınır. Azərbaycan Ordusunun texnikalarında nişanlar da peyda olunub. Əldə olunan məlumatlara əsasən anım günündən (27 sentyabr, 2020) sonra Azərbaycan Ordusu “Zəngəzur” əməliyyatına tam hazır vəziyyətinə gətirilib.

Nəticə:
Azərbaycanı Suriya və Ukraynadakı aqibət gözləyir. Tağut rejimi bölgədə məhv ediləcək. Baş verəcək hadisələrə özünüzü hazırlayın. Aparılan təhlillərə əsasən sizə əminliklə deyirik ki, qələbə sonda Azərbaycan xalqının olacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam