Azərbaycanda daha bir din xadiminin fəaliyyətinə qadağa qoyulub

Şənbə 15 Oktyabr 2022 - 19:05
https://az.iswnews.com/?p=14078

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 8 oktyabr tarixində İlahiyyatçı Qurban Cəfərov çalışdığı məsciddən qovulub.

Beyləqanda dindarlar tərəfindən tikilən məsciddə çalışan din xadimi İlahiyyatçı Qurban Cəfərovun fəaliyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Azərbaycan xəbər agentliklərində dərc olunan xəbərlərə görə, bu din xadimi vaxtilə bu şəhərdə Həzrəti Cərcis (ə) məscidində fəaliyyət göstərirmiş. Daha sonra yerli dindarların səyi və təkidi ilə Beyləqanda hökumətin tikintisini yarımçıq saxladığı məsciddə işini davam etdirir.

Aidiyyatı qurumlar məscidin tikintisini dayandırsalar da, camaat, o cümlədən bəzi dindarlar bu yarımçıq tikilidə tikinti işlərini davam etdiriblər. Hazırda bu məsciddə İlahiyyatçı Qurban Cəfərovun bütün dini və təbliğat fəaliyyəti tamamilə dayandırılıb.

Qeyd edək ki, İlahiyyatçı Qurban Cəfərov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin “30 məscid” adlı bəyanatından sonra, qeyri-qanuni surətdə fəaliyyəti dayandırılan 4-cü ruhanidir. Onların yerinə isə, sionist təfəkkürlü və ya vəhhabi əqidəli ruhanilərin həmin vəzifəyə təyin olunmaları başlanılıb.

Bir daha xatırladırıq ki, Bakı şəhəri, Suraxanı rayonundakı Həzrət Fatimeyi Zəhra (s) məscidinin axundu Hacı Surxay Əhmədovun fəaliyyətinə xitam verilməsi ilə başlayan şiə ruhanilərinin cəmiyyətdən təcrid olunması prosesi, İsmayıllı rayonunda yerləşən Məhəmmədiyyə məscidində Hacı Elnur Yusifov, daha sonra isə, Bakının Maştağa qəsəbəsindəki məsciddə çalışan Hacı Elxan Badkubeinin vəzifədən kənarlaşdırılması ilə davam edib.

Qurban Cəfərov son bir ayda tanınmış məscidlərdən uzaqlaşdırılan dördüncü şiə ruhanisidir.

Daha çox oxuyun:
DQDK-nın biyabırçı bəyanatı
Azərbaycan hökuməti Ərbəinə qarşı konkret qılınc çəkir
Vətəndaş Cəfərova Şöhlə Salam qızı məhkəmə tərəfindən cərimə edildi + FOTO və VİDEO
Göyçayda baş vermiş məlum hadisə ilə bağlı yeni xəbər var + FOTO və VİDEO
Azərbaycan Respublikası yenidən Hüseyniyyunun təhvil verilməsini tələb edir! + FOTO
İmam Hüseyn (ə) əzadarlarına Azərbaycan hökuməti sərt qadağalar qoyub
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri dini dəyərləri yenidən təhqir edib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir