Astanada Azərbaycan və İran Prezidentləri arasında görüş baş tutub + FOTO

Şənbə 15 Oktyabr 2022 - 11:54
https://az.iswnews.com/?p=14072

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, 13 oktyabr tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikası Prezidenti Ayətullah Seyid İbrahim Rəisi görüşüblər.

Bu görüşdə Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirdi. İki arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran İslam Respublikası Prezidenti dedi ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.

Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini dedi. O, xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə etdi.

Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini bildirib. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Əliyev Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd etdi.

Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldı.

Bu görüşdə Ayətullah Rəisi Azərbaycan və Ermənistan Respublikalarının milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirərək vurğuladı: İran İslam Respublikasının nöqteyi-nəzərindən regionun tarixi və geosiyasi sərhədlərində istənilən və İran və Ermənistanın tranzit statusunda hər hansı dəyişiklik rədd edilir.
İran İslam Respublikasının Qarabağ bölgəsinin azad edilməsini alqışlayan ilk ölkə olduğunu xatırladan prezident əlavə edib: İran Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarını həll etmək üçün böyük imkanlarından istifadə etməyə hazırdır.
Azərbaycan Respublikasının Prezidenti, həmçinin Praqada regional hadisələr və Azərbaycan və Ermənistan arasında çoxtərəfli danışıqların son vəziyyəti haqqında ətraflı hesabat təqdim edib.
O, həmçinin İran İslam Respublikasının beynəlxalq sərhədlərinə sadiq olduğunu və hörmət etdiyini vurğulayıb.

Qeyd edək ki, SEPAH-ın quru qoşunları bir neçə gün sonra İranın şimal qərbində Araz çayı yaxınlığında hərbi təlim keçirmək niyyətindədir. Aşura ordusu bu təlimə regional qərargah kimi evsahibliyi edəcək. İranın İraqın Kürdüstan bölgəsindəki separatçıların qərargahlarına son hücumlarından sonra bu təlimi keçirmək istəməsi İranın Azərbaycanın Zəngəzur məsələsində istəyinə zidd olan fikirini bir daha ciddi şəkildə Azərbaycana oturməsi niyyətində olduğunu iddia etmək olar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam