Səudiyyənin Amerika təhdidinə cavabı: Biz heç bir diktə qəbul etmirik!

Cümə 14 Oktyabr 2022 - 15:06
https://az.iswnews.com/?p=14069

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Amerika prezidentinin son təhdidlərinə cavab olaraq bəyanat verib və ölkəsinin qlobal iqtisadiyyatı dəstəkləmək üçün etdiyi səylərdən kənara çıxmasına səbəb olan heç bir diktə və təzyiqi qəbul etməyəcəyini açıqlayıb.

OPEC+ təşkilatının neft tədarükünün iki milyon barel azaldılması ilə bağlı yeni qərarını elan etdikdən sonra ABŞ prezidenti Cozef Bayden CNN telekanalına müsahibəsində Səudiyyə hökumətinin rəsmilərini hədələyərək OPEC+-ın bu addımının iki ölkə arasında münasibətlərə təsir edəcəyini deyib.
Həmçinin Beynəlxalq Enerji Agentliyi OPEC+-ın son qərarını tənqid edərək, bu təşkilatın neft tədarükünü kəskin şəkildə azaltmasını qlobal enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirib və neftin qiymətinin qalxmasını dünya iqtisadiyyatına təzyiq adlandırıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi qərblilərin neft hasilatının azaldılmasına qarşı geniş etirazına cavab olaraq, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında bu məsələdə sövdələşmə iddiasını rədd edib və elan edib: “OPEC+-ın qərarı bu qrupun bütün üzv ölkələrinin rəyi əsasında verilir. Ər-Riyad Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə strateji nöqteyi-nəzərdən və iki ölkənin ümumi maraqlarına uyğun olaraq baxır. “Biz heç bir diktə və ya təzyiqi qəbul etmirik və qlobal iqtisadiyyatı dəstəkləmək məqsədlərini yayındırmaq üçün hər hansı hərəkəti rədd edirik”.

Qeyd edək ki, oktyabrın 5-də çərşənbə günü OPEC+-a üzv ölkələrinin nümayəndələri 2022-ci ilin noyabr ayının əvvəlindən neft hasilatının iki milyon barel azaldılması planı ilə bağlı razılığa gəliblər. Təklifin bu azalması dünyada neftin qiymətinin artmasına gətirib çıxaracaq ki, bu da Avropa ölkələrinə daha çox təzyiq və Rusiyaya böyük maliyyə yardımı göstərəcək. Bu məsələ Rusiya ilə Avropa ölkələri arasında gedən enerji müharibəsinə mütləq ağır təsir edəcək və qarşıdan gələn qışı avropalılar üçün çətinləşdirəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam