Əbdül Lətif Rəşid İraqın prezidenti oldu

Cümə 14 Oktyabr 2022 - 12:59
https://az.iswnews.com/?p=14058

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq parlamenti üzvlərinin əksəriyyətinin səsi ilə Əbdül Lətif Rəşid ölkənin yeni prezidenti seçilib.

Oktyabrın 13-də bu ölkənin parlamentində ümumilikdə 329 nümayəndədən 277-nin iştirakı ilə İraqın yeni prezidentinin seçilməsi ilə bağlı iclas keçirilib və səsvermədə 269 nümayəndə iştirak edib. Səsvermə başa çatdıqdan sonra Əbdül Lətif Rəşid 157 səslə digər prezidentliyə namizədləri üstələyib, lakin səslərin üçdə ikisini toplamadığı üçün parlamentdə səsvermə ikinci tura qədər uzadılıb.

Saatlar sonra səsvermənin ikinci turu başa çatdı və Əbdül Lətif Rəşid verilən ümumi səslərin 162 səsini qazandı və Bərhəm Salehi (99 səslə) məğlub edərək İraqın yeni prezidenti seçildi.

Qələbədən sonra Əbdül Lətif Rəşid Nazirlər Kabinetini formalaşdırmaq üçün Məhəmməd Şəyya Əl-Sudanini İraqın baş naziri təyin etdi. Bu xəbəri təsdiqləyən Əl-Sudani, “Mən Nazirlər Kabinetini ən qısa zamanda formalaşdıracağam” deyib.

İraqın baş naziri Mustafa Əl-Kazimi Məhəmməd Şəyya Əl-Sudanini təbrik edən mesajında ​​İraqın bütün siyasi qruplarından Nazirlər Kabinetinin formalaşdırılmasında onunla əməkdaşlıq etməyə çağırıb.

Xatırladaq ki, bu ilin avqustunda İraq Şiələrinin Koordinasiya Mərkəzi Məhəmməd Şəyya Əl-Sudanini baş nazir vəzifəsinə son namizəd kimi seçmiş və bu ölkədəki bəzi insanların və siyasi qrupların müqavimətinə baxmayaraq, onu dəstəklədiyini vurğulamışdı. Bu məsələ İraq Sədr Hərəkatı tərəfdarlarının Bağdad küçələrində toplaşaraq İraq Şiələrinin Koordinasiya Mərkəzi tərəfindən Əl-Sudaninin baş nazirliyə namizəd kimi təqdim edilməsinə qarşı olduqlarını bildirməsinə səbəb olmuşdur.

İraq Sədr hərəkatının Əl-Sudaninin baş nazirliyinə qarşı çıxması səbəbindən çox güman ki, Sədr hərəkatının tərəfdarları yaxın günlərdə İraqın müxtəlif şəhərlərində toplaşaraq İraq hakimiyyətini tələblərini qəbul etdirməyə çalışacaqlar!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir