Suriyada qanlı gün; 18 Suriya əsgəri şəhid oldu

Cümə axşamı 13 Oktyabr 2022 - 17:47
https://az.iswnews.com/?p=14032

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəməşqin qərbində Suriya ordusuna məxsus avtobusun yolunda terror partlayışı nəticəsində 18 Suriya əsgəri şəhid, 27-si yaralanıb.

Bu gün səhər saatlarında Dəməşqin qərbində, Əs-Sabbura bölgəsində Suriya ordusuna məxsus avtobus yol kənarına yerləşdirilmiş bomba vasitəsi ilə partlayıb və bu partlayış nəticəsində 18 Suriya əsgəri şəhid, 27 nəfər yaralanıb.

Hələlik heç bir qrup bu partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib, lakin son aylardakı oxşar terror hadisələrini nəzərə alsaq, bu hadisənin Dəməşq vilayətindəki terror qruplaşmalarının ünsürləri və gizli qalıqları tərəfindən həyata keçirildiyini iddia etmək olar.

Suriya hakimiyyəti bu partlayışla bağlı hələ ki, şərh verməyib.

Bu hadisə Suriya ordusuna qarşı ən qanlı bombalı hücumlardan biri hesab olunur. Ötən illər ərzində bu hücumlar nəticəsində çoxlu sayda Suriya ordusu qüvvələri və mülki vətəndaş həyatını itirmişdir.

Martın 6-da da oxşar hücumda Suriya ordusuna məxsus avtobus Palmira səhrasında naməlum silahlı şəxslərin hücumuna məruz qalmış, 13 Suriya əsgəri şəhid olmuş, 18-dən çox adam yaralanmışdı.

Daha çox oxuyun: Palmirada Suriya ordusuna qarşı terror hücumu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam