İslam Nizamı Məsləhət Şurasının yeni üzvləri İmam Xamenei ilə görüşüb + FOTO

Çərşənbə 12 Oktyabr 2022 - 23:22
https://az.iswnews.com/?p=14020

“İslam dünyası xəbərləri” informasiya agentliyi Khamenei.ir saytına istinadən xəbər verir ki, İslam Nizamı Məsləhət Şurasının yeni üzvləri İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah İmam Xamenei ilə bu gün 12 oktyabr tarixində səhər saatlarında görüşüb.

Həzrət Ayətullah Xamenei bu gün səhər (çərşənbə günü) Məsləhət Şurasının yeni dövrəsinin sədri və üzvləri ilə görüşündə şuranı elit və təcrübəli insanların və bütün qüvvələrin iştirakı baxımından İran İslam Respublikası üçün çox mühüm qrup adlandırıb.

İslam İnqilabının Rəhbəri son hadisələrə toxunaraq, ara-sıra iğtişaşları İran xalqının böyük və mükəmməl inkişaf və hərəkatlarına qarşı düşmənin passiv və yöndəmsiz bir layihəsi adlandırıb və vurğulayıb: Nə qədər ki, millət İslam nizamının və dini dəyərlərin yolundadır, bu düşmənçiliklər davam edəcək. Tək çarə də dayanmaqdır və ölkə rəsmiləri də diqqətli olmalıdırlar ki, bu kimi məsələlər onları daxili və xarici siyasətdə əsas məsuliyyət və vəzifələrindən çəkindirməsin.

Ayətullah Xamenei şuranın əvvəlki dövründə göstərdikləri səylərə, xüsusən də yeddinci planın ümumi siyasətləri ilə bağlı keçirilən sıx görüşlərə görə təşəkkür etdi, həmçinin mərhum üzvlərin, xüsusilə də mərhum Ayətullah Haşimi Şahrudinin xatirəsini ehtiramla yad edərək bildirdi: Şura həm içində elit və təcrübəli insanların olması baxımındand və üzərinə düşən mühüm vəzifələrə görə yüksək və üstün mövqeyə malikdir.

O, şuranın ən mühüm məsuliyyətini “Məsləhət olan məsələni aydın etmək” olduğunu buyuraraq davam edib: Məsləhət məsələsi sistemin birinci dərəcəli məsələlərindəndir və mərhum İmamın (Xomeyni) nəzərinə görə, o qədər vacibdir ki, bəzən ona etinasız yanaşmaq islamın iflasa uğramasına səbəb olur.

İnqilab rəhbəri “həqiqət və şəriət hökmü”nə zidd olaraq “məsləhəti”i təqdim və şərh etməyi yanlış hesab edərək, məsləhəti və mövzunu bilmək üçün düzgün diaqnozun vacib olduğunu vurğuladı və əlavə etdi: Məsləhəti elə müəyyən etmək lazımdır ki, tamamilə qane edici olsun.

Həzrət Ayətullah Xamenei şurada müzakirə edilən qanunların etibarlılıq müddətini onların məsləhətin olduğu müddətəcən olduğunu bildirib və qeyd edib: Ümumi siyasətlər məsələsində ifrat və ya təfrit baxışı olmamalıdır, çünki ideal məsələləri və faydalı olan hər şeyi ölkənin ümumi siyasətinə daxil edilməsi yanlışdır. Eləcə də təfərrüatların müəyyən edilməsi və bəzi kəmiyyətlərin təyin olunması, icra və qanunvericilik təfərrüatlarının daxil edilməsi də yanlışdır.

İnqilabın lideri ümumi siyasətlərin düzgün tərifini “məqsədlərə çatmaq üçün qanunlar və icra işləri üçün müasir və istiqamətləndirici çərçivə” adlandırıb və əlavə edib: Bəzi siyasətlər daimidir, bəziləri isə konkret dövrə xasdır və yeniləmək lazımdır.

O, ümumi siyasətin düzgün həyata keçirilməsinə nəzarət edilməsi vəzifəsini incə məsələ hesab edib və deyib: Bəzən gileylənirlər ki, bu nəzarət, işin dayanmasına səbəb olur, halbuki hüquqi mülahizələr və qaydalar elə nəzərə alınmalıdır ki, nəzarət zamanı qanunvericilik və icra olunma istiqamətlərindən kənara çıxmasının qarşısını almaqla birgə, işlərin dayandırılmasına və ya gecikməsinə səbəb olmasın.

“Ümumi siyasətlərin effektivliyi” inqilab liderinin bu bölmədə qeyd etdiyi son məqam idi.

Həzrət Ayətullah Xamenei son hadisələrə və bəzi ara-sıra iğtişaşlara toxunmaqda davam edərək, Məsləhət Şurasının üzvlərinə islahat aparmaqda və düşmənin planını zərərsizləşdirməkdə təsirli şəxslər kimi bu məsələlərə kifayət qədər diqqət yetirməyi və bu məsələlərin diqqətdən kənarda qalmamağını tövsiyə etdi.

Son hadisələrdə düşmənin rolunun və iştirakının hər kəsə, hətta mötədil xarici ekspertlərə də aydın olduğunu vurğulayaraq o, əlavə edib: Bu hallar daxili istəklərdən qaynaqlanmır, təbii ki, bəzi sahələrdən istifadə etmiş ola bilərlər, lakin təbliğat kimi düşmənin fəaliyyətləri, intellektual təsir göstərmək, həyəcan yaratmaq, həvəsləndirmək və hətta yandırıcı maddələr hazırlamaq yollarını öyrətmək cəhdi indi tamamilə açıq və aydındır.

İnqilab Rəhbəri bu işlərdə mühüm məqamı “düşmən hərəkatının reaktivliyi” kimi sadaladı və qeyd etdi: İran xalqı qısa müddətdə dünyanın hegemon siyasətlərinə 180 dərəcə zidd olan böyük addımlar atdı. Onlar reaksiya verməli oldular və bu çərçivədə planlar hazırlayıb pullar xərcləyərək, insanları, o cümlədən Amerika, Avropa və bəzi başqa yerlərdə olan bəzi siyasətçiləri, meydana çıxardılar.

Həzrət Ayətullah Xamenei dedi: Bu əzəmətli hərəkatlar onu göstərdi ki, İran xalqı şən, dindar və dini dəyərlərə və məsələlərə bağlı olmaqla yanaşı, həm də sürətlə irəliləyişini davam etdirir.

Həzrət Ayətullah Xamenei milyonlarla gəncin Ərbəin ziyarətində və dini hərəkatlarda iştirakını İran xalqının təqva, dini əqidə və böyük hərəkatlarının nümunəsi hesab edərək əlavə etdi: Əslində təşəbbüs İran xalqının əlində idi. Düşmən yöndəmsiz və axmaqcasına reaksiya verməyə və iğtişaş planı qurmağa məcbur oldu.

İslam İnqilabının Rəhbəri küçələrə çıxanların fərqli hökmlərini vurğuladı və qeyd etdi: Bu insanların bəziləri ya düşmənin agentləridir, ya da agent olmasalar, düşmənlə eyni istiqamətdədirlər, bəziləri isə həyəcana aldanmış insanlardır. İkinci kateqoriyada mədəni işlər görülməlidir, birinci kateqoriya ilə bağlı isə məhkəmə və təhlükəsizlik orqanları öz vəzifələrini yerinə yetirməlidirlər.

Həzrət Ayətullah Xamenei dedi: Bəzi insanlar deyir ki, ölkəni təhlükəsizlik vəziyyətinə salmayın, bəli, biz də razıyıq və mümkün qədər ölkə təhlükəsizlik vəziyyətinə gətirilib çıxarılmamalıdır, lakin mədəniyyət işlərinin öz yeri var, məhkəmə və təhlükəsizlik işlərinin də öz yeri.

O, vurğuladı: Nə qədər ki, İran xalqı İslam bayrağını əlində saxlayır və İslam nizamı ilə birlikdədir, bu düşmənçiliklər müxtəlif formalarda davam edəcək və onun yeganə həll yolu dayanmaqdır. Belə deyil ki, deyək biz İslam yolunda olduğumuza görə şeytanlar bizə problemlər yaradır, çünki İslam yolunda olmayanlar da şeytanlar tərəfindən başqa bir şəkildə problemlərlə əlbəyaxadırlar.

İslam İnqilabının Rəhbəri qeyd edib: Şeytanların hiylələri və yaratdıqları problemləri qarşısında dayanmağımız bizə mane olmayacaq və irəliləyiş üçün zəmin yaradacaq.

Həzrət Ayətullah Xamenei ölkə rəsmilərinə də tövsiyə verib və deyib: Diqqətli olun ki, bu məsələlər sizi əsas və vacib işlərdən yayındırmasın.

O əlavə etdi: Tikintilər, böyük icra işləri, təsirli qanunlar, böyük məhkəmə işləri və xarici siyasətdə mühüm məsələlər bu xırda hadisələrin üzərində cəmlənməməlidir və Allahın lütfü ilə belə də olmayacaq.

O, çıxışının sonunda vurğuladı: Biz Allahın qəti qələbə vədinə əminik və Allahın köməyi mütləq bizimlə olacaqdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir