İsrail ordusu Hizbullahın nüfuz etmiş PUA-sını ələ keçirə bilmədi!

Cümə, 18 Fevral 2022 - 23:32
https://az.iswnews.com/?p=1401

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail ordusu geniş səylərinə baxmayaraq, işğal olunmuş ərazilərdə Hizbullaha məxsus nüfuz etmiş PUA-nın qarşısını ala bilməyib.

Bu gün (18 fevral) günorta saatlarında işğal olunmuş ərazilərin bəzi şimal rayonlarında həyəcan siqnalı çalınıb. Bir neçə dəqiqə sonra məlum olub ki, “Dəmir Qübbə” müdafiə sisteminin tuta bilməməsi nəticəsində işğal altındakı Fələstinin səmasına İsrail hava qüvvələrini şimalda həyəcan vəziyyətinə salan naməlum PUA daxil olub.

Hadisədən sonra İsrail ordusunun radiosu işğal altındakı Fələstinə naməlum PUA-nın gəldiyini təsdiqləyərək bildirib ki, hadisədən bir saat keçməsinə baxmayaraq, İsrail ordusu İsrailin hava məkanını pozan PUA-nın taleyindən hələ də xəbərsizdir. Həmçinin İsrail ordusunun ərəb sözçüsü Avixai Adrai Dəmir Qübbə sisteminin işə salınmasının səbəbinin Livan ərazisindən işğal olunmuş Fələstinə pilotsuz təyyarənin gəlməsi olduğunu bildirib.

Digər tərəfdən, bəzi yerli mənbələr Livanın işğal altında olan Qolan təpələri ilə sərhəd məntəqəsi yaxınlığındakı Yuxarı Cəlildəki “Səfad” bölgəsində bir neçə partlayış səsi gəldiyini bildirib. Bəzi sosial media mənbələri, nüfuz etmiş PUA-nın İsrail ordusu tərəfindən vurulması ilə bağlı fərziyyələr irəli sürdülər, lakin bir saat sonra məlum oldu ki, İsrail ordusu Dəmir Qübbə sistemi, qırıcılar və hərbi helikopterlərdən istifadə etməsinə baxmayaraq, Livan ərazisindən nüfuz etmiş PUA-nın qarşısını ala bilməyib.

Saatlar sonra Livan Hizbullahı bəyanat yayaraq əməliyyata görə məsuliyyəti öz üzərinə götürdü: “Həssan” PUA-sı işğal olunmuş ərazilərdə 70 km məsafə ərazisində 40 dəqiqə uçdu. Düşmənin onu məhv etmək cəhdinə baxmayaraq, PUA tapşırığı uğurla başa vurduqdan sonra təhlükəsiz yerə qayıdıb.

Bu əməliyyat bir halda baş verib ki, iki gün əvvəl (16 fevral) Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın müqavimət şəhid komandirlərinin xatirəsini anma mərasimində çıxış edərək bildirmişdir: “Biz Livanda PUA-ların istehsalına çoxdan başlamışıq”.
Sionist Kanal 13 də Hizbullah baş katibinin açıqlamalarını dərc edib və deyib: Həsən Nəsrullah deyir ki, bu partiya pilotsuz təyyarələr yaratmaq qabiliyyətinə malikdir və bu iş çoxdan başlayıb.

Qeyd edək ki, 2013-cü ildə Livan Hizbullahı “Əyyub” PUA-sı vasitəsilə işğal olunmuş Fələstinin hava məkanına daxil olmağı bacarmışdı. PUA İsrailin naməlum iqtisadi mərkəzlərini və neft obyektlərini lentə alaraq, İsrailin hava məkanının sionistlər tərəfindən keçilməz olması ilə bağlı bütün iddiaları təkzib etdi!
Seyid Həsən Nəsrullahın sözlərinə görə, “Əyyub” PUA-sı İranda hazırlanır və livanlı gənclər mütəxəssisləri tərəfindən yığılır.

Əl-Mənar kanalında yayımlanan Livan Hizbullahının Həssan pilotsuz təyyarəsinin işğal olunmuş ərazilərdə 70 km məsafədə 40 dəqiqəlik uçuşu ilə bağlı bəyanatı!
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.