Aİ Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə razılaşıb

Çərşənbə axşamı 11 Oktyabr 2022 - 19:34
https://az.iswnews.com/?p=13995

“İslam dünyası xəbərləri” informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin səfirləri etimadı gücləndirmək və əlaqələri genişləndirmək məqsədi ilə Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməyə razılaşıb.

Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı formatda keçirilən iclasında qəbul edilib. Hazırda qərarın təfərrüatları, xüsusən missiyanın neçə nəfərdən ibarət olacağı, hansı ölkələrdən və onların Ermənistana gəlişi tarixləri müzakirə olunur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın təklifi ilə Aİ sərhəd missiyasının göndərilməsi ilə bağlı suala cavabında bu məlumatdan xəbərdar olduğunu bildirib.

“Anladığım qədər Avropa İttifaqında bununla bağlı formal qərar hələlik qəbul olunmayıb. Biz buna təəssüflər olsun ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına növbəti dəfə bütün vasitələrlə mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq. Əlbəttə ki, bu, suveren dövlətlərin məsələsidir. Onlar öz münasibətlərini qururlar”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Aİ-nin Ukrayna münaqişəsi ilə bağlı 8 il davam edən uğursuz vasitəçilik missiyasından danışıb.

“Ona görə də biz hesab edirik ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Bu məsələ ilə bağlı azərbaycanlı və ermənistanlı həmkarlarımızla müntəzəm təmasları dəstəkləyirik. MDB XİN başçıları Şurasının Astanadakı iclası çərçivəsində keçiriləcək tədbirindən istifadəyə ümid edirik”,- deyə Rusiya XİN-nin rəsmi nümayəndəsi qeyd edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir