Səudiyyə koalisiyasının Hərəz şəhərindəki əməliyyatı niyə uğursuz oldu? Xəritə + Video

Cümə, 18 Fevral 2022 - 21:35
https://az.iswnews.com/?p=1388

Ənsarullahın müqaviməti və zamanında verdiyi reaksiyalar ilə Səudiyyə koalisiyasının son üç ildə Hərəz şəhərini ələ keçirmək üçün həyata keçirdiyi ikinci ağır əməliyyat uğursuzluqla nəticələndi.

Səudiyyə koalisiyasının Həccə əyalətinin şimalındakı əməliyyatı Hərəz şəhərinin nəzarətini ələ keçirmək məqsədi ilə fevralın 4-də Mənsur Hadinin qüvvələri, Səudiyyə və Sudan ordularının dəstəyi ilə başlayıb. Əməliyyatın ilk addımında Səudiyyə koalisiyası Hərəz şəhərini tamamilə mühasirəyə almağa müvəffəq oldu, lakin partizan döyüşündə müqavimət və müvafiq Ənsarullah taktikasının tətbiqi Səudiyyə koalisiyasının şəhər quruluşuna nüfuz etməsinə mane oldu və nəticədə bu şəhərin mühasirəsi sındırdı. Hərəzin şərqindəki yüksəklik və kəndlərin azad edilməsinin başa çatması ilə Səudiyyə koalisiyasının Hərəzi nəzarətdə saxlamaq üçün həyata keçirdiyi əməliyyatın tamamilə iflasa uğradığını söyləmək olar.

İslam Dünyası Xəbərlərinin araşdırmasına əsasən, Ənsarullah bu əməliyyatda bir CH-4 PUA-nı məhv edərək Səudiyyə koalisiyasının mövqe və toplantılarına 4 raket və PUA hücumu həyata keçirib, bunların təfərrüatları belədir:
1- Ənsarullah Həccə əyalətinin şimalında yerləşən Ət-Təvval keçid məntəqəsi və Ahim üç yol ayrıcılığında Səudiyyə koalisiyasının mövqe və toplantılarına üç ədəd raketlə hücum etmişdir. Bu hücumlar zamanı Səudiyyə koalisiya qüvvələrinin 20-dən çox üzvü, o cümlədən: Beşinci Hərbi məntəqənin maliyyə direktoru general-mayor Məcid ər-Riyadi və Mənsur Hadi qüvvələrinin komandirlərindən biri briqada generalı Yəhya Heykəl əl-Samini öldürülmüşdür. Tarix: 5 fevral
2- Ənsarullah PUA-sı Həccə əyalətinin şimalında yerləşən Hərəz şəhərinin cənub və qərbində Səudiyyə koalisiya qüvvələrinin toplantılarına hücum etmişdir. Tarix: 7 fevral
3- İki Ənsarullah raketi Həccə əyalətinin şimalında yerləşən Midi və Hiran şəhərlərində Səudiyyə koalisiyasının mövqelərinə zərbələr endirmişdir. Tarix: 7 fevral
4- Ənsarullah Əbha hava limanına PUA hücumu etmişdir. Səudiyyə koalisiyası hücumda 12 nəfərin yaralandığını iddia etmişdir. Tarix: 10 fevral

Əl-Məsirə kanalının müxbiri Yəhya Əl-Şaminin Hərəz şəhərindən olan reportajı

Səudiyyə koalisiyası əməliyyatda Mənsur Hadi ordusunun komandanlığı altında 1-ci Briqada, Əl-Asifə Briqadası (Fırtına), Zirehli Batalyonlar, Xüsusi Təyinatlı Qüvvələr və Şəvaliyyə adlı Qüvvələr də daxil olmaqla ən azı 6000 quru qoşunundan istifadə edib. Sayları məlum olmayan Sudan və Səudiyyə ordusunun bir neçə batalyonu Cəbhət-Təvvaldakı əməliyyatlara və qarşıdurmalara dəstək verib.
Səudiyyə koalisiyasının qırıcıları da bu müddət ərzində Həccə əyalətinin şimal cəbhələrini 115 dəfə bombalayıb ki, bu da ərazinin kiçik olması səbəbindən çox ağır görünür.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin verdiyi məlumata görə, qarşıdurmalar zamanı Səudiyyə koalisiyasının 580 üzvü, o cümlədən Mənsur Hadi qüvvələri, Səudiyyə ordusu və sudanlı muzdlular öldürülüb və yaralanıb, onlardan 200-dən çoxu Səudiyyə əsgəri olublar.
Həmçinin, bir CH-4 PUA, bir casus kvadrokopter, 40 hərbi və zirehli texnika, o cümlədən minaaxtaran, bir kəşfiyyat maşını və … məhv edilib.

Ümumiyyətlə, Səudiyyə koalisiyasının Hərəz əməliyyatının uğursuzluğunun səbəblərini belə ümumiləşdirmək olar:
1- Ənsarullahın partizan döyüşündə münasib müqaviməti və taktikası. Ənsarullah koalisiyanın qarşısını xəndəklər qazmaqla, partlayıcı tələlər yerləşdirməklə və səngərlər salmaqla asanlıqla quru hücumlarını dayandıra bildi.
2- Ənsarullahın Mühəndislik bölməsinin güclü olması və snayperlərinin quru döyüşlərində üstünlüyü.
3- Ənsarullah raket və PUA-nın Səudiyyə koalisiyasının Hərəz şəhərətrafı bölgələrindəki yığıncaqlarına və mövqelərinə dəqiq hücumları.
4- Səudiyyə koalisiyasının Ənsarullaha qarşı hərbi əməliyyatlar aparmaqda ümumi zəifliyi.

Qeyd edək ki, sonuncu əməliyyat Səudiyyə koalisiyasının Hərəz şəhərini ələ keçirmək üçün ikinci ciddi cəhdi olub. Bu əməliyyatdan əvvəl Səudiyyə koalisiyası 2019-cu ilin fevralında Hərəzi tamamilə mühasirəyə almış, lakin Ənsarullahın şərqdən hücumlarına məğlub olaraq geri çəkilmək məcburiyyətində qalmışdı.

Hərəz şəhərinin 100.000-dən çox əhalisi var və Səudiyyə Ərəbistanının Cizan əyalətinin cənubunda və Həccə əyalətinin şimalında yerləşir. Bu şəhərin mərkəzi 2018-ci ilin aprelindən bəri mühasirəyə oxşar bir vəziyyətdədir və hazırda orada mülki yaşayış yoxdur. Ədən şəhəri döyüşlərindən sonra Hərəz döyüşü Yəməndə ikinci partizan döyüşü sayıla bilər; bu fərqlə ki, Ənsarullah Hərəz döyüşündə koalisiyanı məğlub edə bildi.

Tam ölçüdə baxmaq üçün klikləyin
Video № (1): Ənsarullahın Həccə əyalətinin şimalında yerləşən Hərəz şəhərindəki əməliyyatlarının xülasə videosu

Video No (2): Ənsarullahın Hərəz əməliyyatında Səudiyyə koalisiyasından aldığı döyüş qənimətləri
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.