Praqa görüşündən bir gün sonra Azərbaycan və Ermənistan sərhədində gərginlik baş verib

Şənbə 8 Oktyabr 2022 - 20:54
https://az.iswnews.com/?p=13875

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Sputnikə istinadən xəbər verir ki, Azərbaycan ordusunun Kəlbəcər rayonunda yerləşən bölmələri Ermənistanın Geğarkunik vilayətinin Kutakan kəndində yerləşən mövqelərini atəşə tutub.

Sputnik-in məlumatına görə, bu ərazinin qubernatoru Makiç Tomasyan cümə günü, oktyabrın 7-də atışmaların yerli vaxtla səhər saat 9:00-dan 10:00-a qədər davam etdiyini və Azərbaycan silahlı qüvvələrinin bir saatlıq fasilədən sonra yenidən atışmalara başladığını bildirib.

Paşinyan hakimiyyətinə müxalif olan xəbər mənbələri də atışma və Ermənistan silahlı qüvvələrinin cavab atəşini təsdiqləyib.

Sputnik agentliyi hələlik hər iki tərəfin itkiləri və onlara dəymiş ziyan ilə bağlı statistik məlumat yaymayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu iddiaya münasibət bildirməyib.

İddia olunan sərhəd gərginliyi iki ölkə liderlərinin Praqa görüşündəki bəyanatından bir gün sonra baş verib. Görünən odur ki, sərhəddə baş verən gərginlik (iddia doğrudursa) İlham Əliyev hakimiyyətinin Ermənistana qarşı məqsədlərini həyata keçirmək üçün hücum siyasətindən istifadə etməkdə davam etdiyinə işarədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam