Ənsarullah Səudiyyə koalisiyasının Yafaa cəbhəsindəki hücumunun qarşısını aldı

Cümə 7 Oktyabr 2022 - 21:46
https://az.iswnews.com/?p=13850

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Əmaliqə və Cənub Keçid Şurasının qüvvələri Əl-Bəyda və Ləhic əyalətləri arasında Əl-Hədd Yafaa cəbhəsində Ənsarullahın mövqelərinə hücumu uğursuzluqla nəticələnib.

Oktyabrın 7-də səhər saatlarında Əl-Bəyda əyalətindəki Əl-Zahir rayonu ilə Ləhic əyalətindəki Yafaa rayonu arasında yerləşən Əl-Həbəc bölgəsində Əl-Əmaliqə qüvvələrinin yaratdığı gərginlikdən sonra Ənsarullah qüvvələri Əl-Cəbanə, Əl-Hədbə bölgələrinə və Cəbəl Əl-Aar ətrafının yüksəkliklərinə hücum edərək Əl-Əmaliqə qüvvələrini mühasirəyə alaraq Səudiyyə koalisiyasının dəstəklədiyi qüvvələrə ağır və sarsıdıcı zərbələr endiriblər. Bu qarşıdurmaların davamında Əl-Əmaliqə qüvvələrinə dəstək və Ənsarullahın mühasirəsindən xilas etmək üçün Cənub Keçid Şurasının silahlı qüvvələri bölgəyə göndərilib və toqquşmalar bu gün günortadan sonra yenidən başlayıb. Hazırda Ənsarullah bu cəbhədə Əl-Əmaliqə qüvvələrini mühasirəyə almağı dayandırıb və Yafaa cəbhəsinin xətləri heç bir dəyişiklik olmadan əvvəlki vəziyyətinə qayıdıb.

Bu toqquşmalar nəticəsində Əl-Əmaliqə və Cənub Keçid Şurası qüvvələrindən ən azı 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb. Ənsarullah da bu münaqişədə itkiləri və ziyanları ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Birləşmiş Millətlər Təşkilatının Yəməndə təklif etdiyi atəşkəsin yenilənməməsinin ardınca Mərib və Əl-Bəyda cəbhələrində toqquşmalar və atışmalar başlayıb. Səudiyyə koalisiyasının (İslah Partiyası və digər fraksiyalar) dəstəklədiyi qrupların sıraları arasında yaranmış ixtilafı nəzərə alsaq, gələcək döyüşlərdə qələbənin yenə də Ənsarullahla olacağı gözlənilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam