Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb + FOTO və VİDEO

Cümə axşamı 6 Oktyabr 2022 - 20:20
https://az.iswnews.com/?p=13812

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində tapılan növbəti kütləvi məzarlıqda ehtimal edilən 12 hərbçinin birinci Qarabağ müharibəsində Ermənistan Ordusu tərəfindən öldürülərək birgə basdırıldıqları bildirilir.

Bundan əlavə, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Skeletlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri də aşkarlanıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür.

Həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsindəki paylaşımında bu məsələyə belə reaksiya verib: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb”.

Bu videoya baxmağı 18 yaşdan aşağı olanlara tövsiyə etmirik
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam