Suriyada baş verən son hadisələr, 4 Oktyabr 2022

Çərşənbə axşamı 4 Oktyabr 2022 - 23:58
https://az.iswnews.com/?p=13749

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində təhlükəsizlik və hədəfli sui-qəsdlərin davamında terrorçuların keçmiş üzvlərindən biri öldürülüb, Suriya ordusunun 6 əsgəri isə şəhid olub.

1- Hələb:
Oktyabrın 3-də Eyn Əl-Ərəb şəhəri ətrafında Rusiya və Türkiyə arasında birgə hərbi patrul xidməti həyata keçirilib.

2- İdlib:
Oktyabrın 4-də İdlibin cənubunda yerləşən Əl-Barə qəsəbəsi və Əl-Rəvihə kəndi ətraflarında yerləşən terroçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

3- Dəraa:
– Oktyabrın 3-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Casim-Novi yolunda naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Oktyabrın 3-də Tasil şəhərində keçmiş terroçuların üzvlərindən biri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Oktyabrın 3-də Suriya ordusunun iki əsgəri İbata və Hərək qəsəbələrində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Oktyabrın 4-də naməlum silahlı şəxslərin Əl-Məsirfa şəhərində Suriya hərbçilərinin patrul karvanına atəş açması nəticəsində bir əsgər şəhid olub, ikisi yaralanıb.
– Oktyabrın 4-də Suriya ordusunun qüvvələrindən biri Səhm əl-Covlan bölgəsində naməlum silahlılar tərəfindən şəhid edilib.
– Oktyabrın 4-də Suriya ordusunun qüvvələrindən biri Səyda şəhəri yaxınlığında naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:
– Oktyabrın 3-də Bəsirə şəhərində minalanmış avtomobil partladılıb. Hələlik bu hadisədə tələfat və dağıntıların miqdarı barədə məlumat verilməyib.
– Oktyabrın 3-də naməlum ünsürlərin Əl-Bulil qəsəbəsində Suriya ordusuna məxsus avtomobilə hücumu nəticəsində 4 “Difa Vətani” qüvvəsi şəhid olub.
– Oktyabrın 3-də Yeni Ekidat qəsəbəsində Amerika koalisiyasının karvanının yolunda yol kənarına qoyulmuş bomba partladı. Bu hadisə nəticəsində ölən olmayıb.

5- Raqqa:
Oktyabrın 3-də Türkiyə ordusunun aviasiyası Təl-Əbyəd şəhəri üzərində uçuşlar həyata keçirib.

6- Həsəkə:
Oktyabrın 4-də Türkiyə ordusunun aviasiyası Rəəs Əl-Eyn şəhəri üzərində uçuşlar həyata keçirib.

7- Oktyabrın 4-də Türkiyə Müdafiə Nazirliyi “Sülh Çeşməsi”nin əməliyyat bölgəsində yeddi kürd silahlısının öldürüldüyünü açıqladı.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir