Nəsrullah: İranın həqiqi hökmdarı İmam Mehdidir (ə.c)

Bazar 2 Oktyabr 2022 - 19:27
https://az.iswnews.com/?p=13678

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən 1 oktyabr tarixində Şəqra qəsəbəsində Livanın mərhum şiə alimi Əllamə Seyid Məhəmməd Əli Əminin anım mərasimində çıxış edib.

Seyid Həsən çıxışının əvvəlində bildirdi ki, biz uşaqlıqdan Allahı tanıyan, Allaha görə əməl edən böyük və görkəmli bir alimin mərasimində iştirak edirik. O, Allaha imanı vəzifələrində və həyatında təzahür edən müdrik və bəsirətli alim idi. O, alim və zahid ailəsində böyümüş, Sələf Salehin sağ qalanlarından olmuşdur və onun həyatı, sözləri, davranışı və elmi İslamın böyük məfhumlarını yüksəltmək yolunda idi.

Hizbullahın baş katibi əlavə edib ki, Seyid Livana gəlişinin əvvəlindən İmam Musa Sədrlə əməkdaşlıq edib. O dövrdə İmam Musa Sədr haqqında, xüsusən də bir din alimin ictimai məsələlərə girməsi və onun miqyası müzakirə edilərkən müxtəlif fikirlər səslənirdi. Sırf bir din alimi ictimai məsələlərə toxunduğu üçün bəzi insanlar tərəfindən müxtəlif şeylərdə ittiham olunurdu. Bəziləri deyirdi ki, din alimi ancaq din mövzusu ilə məşğul olmalıdır və bu, İmam Musa Sədrin Livana gəldiyi zaman üzləşdiyi çətinliklərdən biri idi. Əllamə Seyid Əmin bəsirət və hikmətlə İmam Musa Sədrin yanında dayandı və bunun üçün böyük bədəl ödədi və müqavimətin yolunu və iradəsini əvvəldən təsdiq etdi və həmişə özünü İmam Musa Sədrin tərəfində gördü.

Seyid Həsən Nəsrullah çıxışının ikinci yarısında Livan ilə işğal olunmuş Fələstin arasında dəniz sərhədinin müəyyənləşdirilməsi və Livanın neft və qaz haqları məsələsini müzakirə edib və deyib ki, aylarla davam edən məsləhətləşmələr, siyasi, media və əməli səylərdən sonra bu gün biz Amerika tərəfinin (vasitəçisinin) bununla bağlı təklif etdiyi mətni təqdim etməsini müşahidə edirik. Mən həmişə hökumətin Livanın maraqlarına uyğun düzgün qərar verə biləcəyinə şübhə ilə yanaşmışam. Bu məsələ ilə bağlı həlledici günlərdəyik. Yaxın günlərdə Livan hökumətinin mövqeyi müəyyənləşəcək və ümid edirik ki, sonda işlər yaxşı gedəcək və Livan və Livan xalqı üçün xeyirli olacaq.

Nəsrullah çıxışının davamında regional və beynəlxalq məsələlərə işarə edərək bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibə məsələsində dünya və Livanın gedişatı dəyişə bilər və buna görə də bu məsələni məsuliyyətli və diqqətli şəkildə nəzərdə saxlamaq lazımdır.

O, daha sonra əlavə edib ki, İŞİD hökuməti devrildi, lakin İŞİD-in başqalarının layihəsi, təşkilatı və aləti kimi fəaliyyəti davam edir və İŞİD-i yaradan, ona maddi dəstək və silah verən şəxs Amerika Birləşmiş Ştatlarıdır. Suriya, İraq və Əfqanıstanda İŞİD-in dirçəldilməsi üçün səylər göstərilir və İŞİD hər həftə cinayətlər törədir.

Seyid Həsən çıxışının yekun hissəsində bu günlərdə İranda baş verən iğtişaşlar və İran İslam Respublikasına qarşı həyata keçirilən xarici sui-qəsd və təbliğatın miqdarını müzakirə edərək bildirib ki, Xanım Məhsa Əmininin müəmmalı ölümünə görə Qərb ölkələri bir hay-küy, Tehran heç bir qərəzsiz bununla bağlı istintaqın tamamlanacağını vurğuladı, lakin dünən Əfqanıstanda Həzara şiə təhsil mərkəzində partlayış nəticəsində 50-dən çox günahsız insan həlak oldu, lakin heç kim zərrə qədər səs-küy yaratmadı, lakin Xanım Məhsa Əmininin ölümü ilə bağlı bu hadisə geniş yayıldı, sui-istifadə edildi.

O, davam etdi ki, ardıcıl Amerika hökumətləri İranın güclü və izzətli bir ölkə olduğunu başa düşüblər. Ona görə də onlar heç vaxt bu ölkəyə qarşı müharibəyə başlamamışlar və həmişə İran daxilində öz planlarını həyata keçirməyə, fitnə-fəsad törətməyə, daxildə təxribat törətmək üçün sanksiyalar tətbiq etməyə həmişə üz tutmuşlar. Üzülməyin, İranın əsl hökmdarı İmam Mehdidir (ə.c) və bu hökumət keçmişdə olduğundan daha güclü və möhkəmdir. İran qüdrətli ölkədir və onun rəhbərinin və səmimi xalqının nəzakəti sayəsində onu devirmək heç vaxt mümkün olmayacaq.

Hizbullahın baş katibi bildirdi: İran qüdrətli və xalqı dininə, peyğəmbərinə və onun ailəsinə sadiqdir. Məhərrəm və səfər aylarında İrandakı fəaliyyətləri axmaq və cahillərə izləmək kifayətdir, şəhid general Hacı Qasım Süleymaninin tarixi dəfninə də şahid olmaq kifayətdir. Bu, İranın reallığıdır və siz ilğım axtarırsınız. Ərəb baharı və İŞİD hadisələrindən sonra İran adlı ölkə olmasaydı, region ölkələri qeyri-müəyyən vəziyyətə düşərdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir