Hüseyniyyun Hacı Abgülün azadlığı münasibəti ilə təbrik etdi

Şənbə 1 Oktyabr 2022 - 12:03
https://az.iswnews.com/?p=13631

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan İslam Müqavimət Hərəkatı olan Hüseyniyyunun rəsmi telegram səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan İslam Müqavimət Hərəkatı mübariz ruhani Hacı Abgül Süleymanovun azadlığı münasibətilə 30 sentyabr tarixində gözaydınlığı verib.

Bu hərəkatın verdiyi bəyanatı olduğu kimi sizə təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim
إنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ

“Rəbbimiz Allahdır!” – deyib sonra (tutduqları yolda) müqavimət edənlər üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!” (Fussilət: 30)

Həzrət İbrahim millətinin izzətli şəxsiyyəti, Azərbaycan xalqının qeyrətli ruhanisi Hacı Abgül Süleymanovun azadlığı münasibətilə Həzrət İmam Məhdiyə (əc), İslam dünyasına, müsəlman Azərbaycan xalqına və möhtərəm ailəsinə gözaydınlığı veririk. Mübarək olsun, Allah bu cismani azadlığı xeyirli və bərəkətli qərar versin.
Həqiqətən hadisələrin ən mürəkkəb və fitnəli dövranında və tarixin ən həssas dönəmində qərar tapmışıq. Belə bir vaxtda müsəlman xalqın bəsirətli, İlahi qüvvələr arasında vəhdəti gücləndirən, uzaqgörən və təqvalı, ruhahilərə və ziyalılara ciddi ehtiyacı var.
Azərbaycan İslam Müqaviməti dəyərli ruhani Hacı Abgül Süleymanovun belə bir zamanda azadlığa çıxmasını xalqımız üçün ilahi bir nemət və ümidverici bir hal kimi qarşılayır və Allahdan Hacı Abgülə can sağlığı, bərəkətli həyat, davamlı xidmət və şərdən, bəladan, zalımın məkr və hiyləsindən amanda qalmasını diləyir.
Sonda bütün zindanda olan əziz ruhanilər və haqq yolunun günahsız məhbusları üçün Allahdan izzətlə azadlıq istəyirik…

Hüseyniyyun Azərbaycan İslam Müqaviməti

Tarix: 30.09.2022

Qeyd edək ki, dünən 30 sentyabr tarixində hicab məhbusu olan Hacı Abgül Süleymanov 11 ildən çox çəkdiyi həbsdən sonra azad oldu.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir