Xüsusi İşçi Qrup 59, ABŞ-ın regionda sərnişinsiz və uzqdan idarə olunan dəniz sistemləri

Cümə 18 Fevral 2022 - 15:01
https://az.iswnews.com/?p=1362

2021-ci il sentyabrın 9-da ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığı (NAVCENT) Beşinci Donanma ərazisindəki dəniz əməliyyatları ilə sərnişinsiz və uzqdan idarə olunan dəniz sistemlərini sürətlə inteqrasiya etmək üçün Task Force 59 adlı yeni iş qrupu yaradıb.

İşçi Qrup 59
NATO-nun sərnişinsiz dəniz sistemləri layihəsinin qurucu üzvü, robot texnikası üzrə mütəxəssis, kapitan Maykl Brassorun komandanlığı altında ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığı yeni sərnişinsiz texnologiyalarını hava, quru və sualtı ölçülərdə sınaqdan keçirmək üçün İşçi Qrupu TF 59 formalaşdırıb.

“Donanma Şəbəkəsi” adlanan daha böyük təcrübənin bir hissəsi olan bu təşəbbüsün məqsədi Beşinci Donanmanın nəzarətində olan (bu donanma ABŞ-a aiddir) bölgədə o cümlədən Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz, Süveyş kanalı və Hind okeanının bəzi hissələrində dəniz və sahil əməliyyatları həyata keçirmək üçün inkişaf etmiş sərnişinsiz sistemlərini bu regiona sürətlə inteqrasiya etmək istəməsidir.

Qərbi Asiya yarı qapalı coğrafiyalı, əməliyyat şəraitli, sıx dəniz tıxaclı və həyati enerji infrastrukturu ilə bu cür yeniliklər üçün olduqca strateji mühitdir. Kapitan Brassor heyəti regional təcrübəyə malik menecerlərdən, o cümlədən dron sistemləri, dron əməliyyatları, döyüş, kiber və kosmik üzrə mütəxəssislərdən ibarətdir.

IMX22
Komandanın qarşıdakı aylarda məqsədi dənizdə bir sıra əməliyyatlar keçirərək insan-maşın əvəz edici doğrültmanı təmin etməkdir. Beynəlxalq Dəniz Təlimi, IMX 22, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri Komandanlığına gələn il texnologiyanın dayanıqlığını və inkişafı qabiliyyətini nümayiş etdirmək imkanı verir. IMX 22-də ABŞ, tərəfdaşlarının imkanlarını artırmaq üçün müxtəlif əməliyyat ssenarilərində sərnişinsiz sistemlərdən istifadə etmək üçün 60-dan çox ölkə və beynəlxalq təşkilatı dəvət edib.

İşçi Qrup 59-un bacarıqları

  • Suüstü və sualtı fəaliyyətləri davamlı olaraq izləyə bilir və İranın dəniz fəaliyyətlərinə ABŞ-ın müttəfiqlərinin nəzarətində olan ərazilərdən ehtimal verilən qədər maneçilik törədir.
  • Fars körfəzindəki əməliyyatlarda müxtəlif İHA-lardan və uzqdan idarə olunan dəniz sistemlərindən istifadə etməklə dəniz və sahil hərəkətlərinin müşahidələrinin və işlənməsi nümunələrinin artırılması və buna sürətli reaksiya vemək.

İşçi Qrup 59-un fəaliyyətləri və onun platformalarının əksəriyyətinin məxfi olsa da, İşçi Qrupun nailiyyətlərinə aşağıdakılar misal ola bilər:
Valkyrie XQ58-i ehtiva edən Loyal Wingman PUA-sı əməliyyatları mübahisəli hava məkanında əməliyyatlara məşğul olan pilotlu təyyarələri dəstəkləyə bilər. Getdikcə güclənən İranın hava hücumundan müdafiə sistemləri Fars körfəzinə daha çox diqqət yetirməkdə davam edir və ABŞ-ın rəhbərlik etdiyi hava əməliyyatları üçün ciddi təhlükə yaradır. Bu avadanlıq hətta Hörmüz boğazı ətrafındakı hava və dəniz nəqliyyatı ərazisinə daxil olmaq və ya girişdən məhrum etmək üçün təhlükə yarada bilər.

Loyal Wingman PUA-sı

ABŞ komandirlərinin dediyinə görə, İran “Bavər” yer-hava tipli raketin son versiyası Rusiyanın “S-400” raketindən daha güclü və 400 km-ə yaxın mənzili olmasını iddia edir. Belə bir vəziyyətdə radarın onu tuta bilməyəcəyi Loyal Wingman təyyarəsi havadan quruya əməliyyatlarda, elektron müharibə missiyalarında, müşahidə və kəşfiyyat əməliyyatlarında pilotlu təyyarələrlə birlikdə və ya onların yerinə istifadə edilə bilər. Həmçinin o pilotlu təyyarələr önündə döyüş tapşırıqları zamanı düşmən havadan müdafiə sistemlərinin axtarışında naviqator kimi istifadə oluna bilər. Digər ssenarilərdə bu PUA-nı İran radarlarına və hava hücumundan müdafiə mövqelərinə hücum etmək üçün istifadə edilə bilər.
“Base Dirman” PUA-ları İranın fəaliyyətinin geniş və davamlı monitorinqini təmin edə bilər, o cümlədən, çox vaxt müəyyən ərazilərin fasiləsiz və ya məhdud monitorinqinin gözündən gizlədilən gizli fəaliyyətləri. “Dəniz keşikçisi” kimi tanınan MQ-9B belə imkanlara malikdir və “Vanilla Anmend” PUA-sı hər dəfə on günə qədər əhatə dairəsini təmin edə bilir. Yayımalanan məlumatlara əsasən ABŞ Hərbi Dəniz Qüvvələrində inkişafı ilə məşğul olunan “Günəş” adlı PUA 90 gün səmada qala biləcəyi bildirilir.
Sea Hunter və Sea Hawk kimi kiçik və orta ölçülü sərnişinsiz və uzaqdan idarə olunan sualtı qayıqlar davamlı səssiz müşahidə və anti dəniz minaları seçimləri də daxil olmaqla yüksək təhlükə mühitlərində bir çox dəyərli imkanlar təmin edə bilərlər. Bu imkanlar Fars körfəzinin isti və dayaz sularında çox vacibdir; Çün ki, İranın dəniz mina sistemləri, kiçik sualtı qayıqları və sürətli hücum qayıqları hücum edəcəyi təqdirdə ABŞ-ın insani itkiləri ilə nəticələnə bilər.

ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlıq Mərkəzi – USNAVCENT

ABŞ və Bəhreynin Fars körfəzində sərnişinsiz dəniz PUA-ları təlimi
ABŞ-ın Bəhreyndə yerləşən Beşinci Donanması çərşənbə axşamı (26 oktyabr 2021) bu ölkə ilə “Yeni Üfüqlər” adlı birgə dəniz təlimi keçirmişdir.
Bu təlim, bölgədəki dəniz əməliyyatlarında sərnişinsiz sistemlərin inteqrasiyasının başlanğıcı idi. Bu, həm də ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq sularına sərnişinsiz dəniz PUA-ları və ya “dron qayıqları” adlanan qayıqların idarə edən gəmilərlə ilk inteqrasiyası idi.
Təlim Bəhreynin İşçi Qrup 59 ilə ortaqlığı idi və ABŞ ilk dəfə idi ki, Fars körfəzindəki regional müttəfiqlərindən biri ilə təlim keçirirdi.
Bəhreyn liderləri Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən obyektinə səfəri zamanı Bəhreynin yeni sərnişinsiz sistemlərin əməliyyatlara inteqrasiyasını sürətləndirmək üçün ABŞ Mərkəzi Komandanlığı ilə işləmək öhdəliyini təsdiqləmişdi.
Kuperin sözlərinə görə, Bəhreyn Krallığı ilə strateji əməkdaşlıq davam edir və bu iş birliyi yeni sərnişinsiz sistemlərin inkişafına ikitərəfli əməkdaşlığın gücləndirilməsinin yeni formasıdır.

Nəticə:
İşçi Qrup 59 təşəbbüsü Centcom və onun tərəfdaşlarını ABŞ personalı üçün yığcam və aşağı riskli dəniz döyüş və çəkindirmə imkanları ilə təmin edir. Bu işçi qrupunun formalaşmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, ABŞ regionun digər ölkələrinin də İşçi Qrup 59-a qoşulması üçün lazımi addımları atır.

Mənbələr:
Dw.com
Business24-7.ae
Oilprice.com

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir