Kabilin Dəşte Bərçi bölgəsində terror partlayışı baş verib + VİDEO və FOTO

Cümə 30 Sentyabr 2022 - 15:28
https://az.iswnews.com/?p=13619

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində yerləşən Kac təhsil kompleksində törədilən terror aktı və partlayış nəticəsində 50-dən çox insan şəhid olub və yaralanıb.

Kabildəki yerli mənbələrin verdiyi məlumata görə, bu gün səhər yerli vaxtla saat 7:30-da Dəşte Bərçi bölgəsindəki Nəqqaş məhəlləsində yerləşən Kac təhsil kompleksində imtahan zamanı güclü partlayış baş verib. Bu partlayış bir və ya bir neçə kamikadze tərəfindən törədilib və hücum edənlər əvvəlcə bu kompleksin mühafizəçiləri ilə silahlı qarşıdurmaya girib və onları öldürdükdən sonra kamikadze əməliyyatı keçiriblər.

Talibanın sözçülərindən olan Xalid Zədran bu terror aktının itkilərini 19 şəhid və 27 yaralı olaraq açıqlasa da, yerli mənbələr indiyədək bu terror aktının qurbanlarının 32 şəhid və 40-dan çox yaralı olduğunu bildiriblər. Təəssüflər olsun ki, Kabil xəstəxanalarının imkanları və tibbi ləvazimatları məhduddur və məzlum xalq yaralıların çoxunu Məhəmməd Əli Cənah, Səd Bəstər və Vətən xəstəxanalarına əl arabası ilə daşıyıblar. Qeyd edək ki, kompleksin əsas və orta zalında 400-dən çox şagird olub və şübhəsiz ki, şəhid və yaralıların sayı Taliban və mediaların təqdim etdiyi rəqəmlərdən çoxdur.

Qeyd edək ki, Kac təhsil kompleksi ötən illərdə terror və kamikadze hücumlarının hədəfi olan keçmiş Moud adlı təhsil kompleksidir. Bu kompleks Taliban hakimiyyətə gəldikdən sonra bir müddət bağlanıb və son aylarda yeni “Kac” adı ilə fəaliyyətini bərpa edib.

Daha çox oxuyun: Kabildə törədilən terror partlayışlarında 56 nəfər həlak olub + VİDEO və FOTO

Video №1: Kac təhsil kompleksindəki terror partlayışından
Video № 2: Kabil şəhərində Məhəmməd Əli Cinah xəstəxanasındakı Kac təhsil kompleksində törədilən terror aktı nəticəsində şəhid olanların cəsədləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir