Kabildə törədilən terror partlayışlarında 56 nəfər həlak olub + VİDEO və FOTO

Bazar 25 Sentyabr 2022 - 10:08
https://az.iswnews.com/?p=13613

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabilin ikinci və on beşinci rayonlarında baş verən iki partlayış nəticəsində bir neçə Taliban silahlısı da daxil olmaqla 56 nəfər ölüb və yaralanıb.

Sentyabrın 23-də Əfqanıstanın paytaxtı Kabilin ikinci rayonunda yerləşən “Vəzir Əkbər Xan” məscidinin girişində minalanmış avtomobilin partladılması nəticəsində 7-si Taliban silahlısı olmaqla, 13 nəfər həlak olub, 41 nəfər yaralanıb.

Digər tərəfdən, Kabil şəhərinin 15-ci rayonunda yerləşən Pansad Famili məhəlləsində Taliban silahlılarının hərbi karvanı yolunda başqa bir bombanın partlaması nəticəsində iki Taliban silahlısı yaralanıb.

BMT-nin nümayəndəliyi və müxtəlif ölkələrin Kabildəki səfirlikləri və bir sıra Əfqanıstanın siyasi xadimləri Vəzir Əkbər Xan məscidində ibadət edənlərə qarşı törədilən terror aktını qınayıb və Taliban hökumətindən Əfqanıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün daha çox çalışmasını istəyiblər. Terrorçuların prezident aparatının məhəlləsindəki məscidin qarşısında bomba yüklü avtomobilin partlatması Talibanın kəşfiyyat orqanlarının ciddi zəifliyindən və bu qrupun daxilində çoxsaylı parçalanmalardan xəbər verir və eyni zamanda, İŞİD və Əhməd Məsud qüvvələri kimi Taliban əleyhinə olan qüvvələrin əməliyyat gücünün artmasına dəlalət edir. Bu terror aktına görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməsə də, hədəfin növü və yeri bu partlayışın İŞİD terror qruplaşması tərəfindən olduğu ehtimalını gücləndirir.

Daha çox oxuyun:
İran Kabil və Hərat əhalisinə humanitar yardım edib
Rusiyanın Kabildəki səfirliyinə kamikadze hücumu nəticəsində 25 nəfər ölüb və yaralanıb + VİDEO

Video: Kabil şəhərində Vəzir Əkbər Xan məscidi qarşısında partlayış anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir