Donbasdakı son hərbi vəziyyət + XƏRİTƏ

Şənbə 24 Sentyabr 2022 - 16:34
https://az.iswnews.com/?p=13606

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna ordusu Liman qəsəbəsi yaxınlığına çatıb və bu ərazini Rusiyanın nəzarətindən geri almaq üçün şiddətli döyüşlər davam edir.

Ötən həftə Ukrayna qüvvələri Severski Donets çayını keçərək şimaldan və cənubdan Liman qəsəbəsinə çatıblar. Limanın cənubunda Stari Karavan və Brusyuka kəndləri Ukrayna qüvvələrinin nəzarətinə keçib. Limanın şimalında Lozve, Robetsi, Kuroi Lar, Oleksandryuka və Yarva bölgələri Ukrayna qüvvələrinin nəzarəti altındadır.

Hazırda Limanın cənubunda, şimalda isə Derbışev və Novaslyukada məntəqələrində Rusiya və Ukrayna qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Həmçinin, son günlər Rusiya qüvvələri Ukrayna qüvvələrinin Karpiuka və Ridkodub bölgələrində bir neçə dəfə hücumlarını dəf edib.

Limanın şimal cəbhəsində qarşıdurmaların miqdarı daha çox olduğundan görünür ki, Ukrayna qüvvələri qeyd olunan ərazilərdə müdafiə xətlərini qıraraq Rusiya qüvvələrini şimal tərəfdən yan keçərək Limanda mühasirəyə almağa çalışır.

Həmçinin Biloqoryuka cəbhəsində də arabir toqquşmalar davam edir. Bu cəbhədə qüvvələrin quruluşuna əsasn, Biloqoryuka demək olar ki, heç bir tərəfin nəzarətində deyil.

Donbasın digər cəbhələrində Rusiya və Ukrayna qüvvələri arasında toqquşmalar ara-sıra davam edir və cəbhə xəritəsində elədə dəyişiklik olmayıb. Soledar və Cənubi Baxmut cəbhələri son həftənin aktiv bölgələri arasındadırlar. Donetsk şəhərinin cəbhəsi də son bir həftədə dəyişməz qalıb.

Daha çox oxuyun:
Rus ordusu Xarkovun şimalından geri çəkildi + XƏRİTƏ
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İki Yüz On İkinci Günü, 23 Sentyabr 2022

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir